XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2016 - 21:12

“Gedib qapısını kəsdirməliyik?” –Yazıçılar Birliyindən Rüstəm Behrudinin istefasına reaksiya

fikret-qoca

Azərbaycan Yazıçılar Birliyi şair Rüstəm Behrudinin istefasına münasibət bildirib.

Strateq.az xəbər verir ki, birliyin katibi, xalq şairi Fikrət Qoca aznews.az-a onun istefasından xəbərsiz olduğunu bildirib:

“Neyləyək? Ayrılır ayrılsın da… Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. O, ittifaqa ömrü boyu 3 dəfə gəlib. Gedib qapısını kəsdirməliyik? Bəlkə, Anar gedib soruşmalıdır ki, nə lazımdır? Gəldiyi kimi də gedir”.

F.Qoca R.Behrudiyə uğurlar da arzulayıb: “İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb, gedib ora üzv olacaq?!”.