XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

13 Sentyabr 2016 - 23:31

“Belə piar əsl şairə yaraşmaz” –Yazıçı Anardan Rüstəm Behrudiyə cavab

Anar

“Rüstəm Behrudi tələskənlik edib”.

Bu sözləri açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar şair Rüstəm Behrudinin sözügedən qurumdan istefa bəyanatına münasibət bildirərkən deyib.

AYB sədrinin sözlərinə görə, tələsməyə ehtiyac yox idi: “Təbrik də olacaq, tədbir də. Sadəcə, indi Yazıçılar Birliyinin binası təmirdədir. Üstəgəl, qurumda böyük əksəriyyət məzuniyyətdədir. Təmir bitib, hamı məzuniyyətdən qayıdandan sonra onun ad gününü təbii ki, qeyd edərik”.

Anar R.Behrudini istedadlı şair adlandırıb və deyib ki, o, olduqca tələsik qərar verib.

Bəlkə reklam, piar üçündür”, – deyə versiya yürüdən AYB sədri daha sonra aşağıdakıları vurğylayıb: “Amma belə piar əsl şairə yaraşmaz. Rüstəm isə əsl şairdir”(Musavat.com).

Qeyd edək ki, dünən ad günü olan şair Rüstəm Behrudi Yazıçılıar Birliyindən təbrik edilməməsini əsas gətirib, bu gün istefa verdiyini açıqlayıb.