"İnkişaf Zamanı" proqramı çərçivəsində "MitOst"un dəstəyi, Leyla Babayeva, Selcan Novruzova, Nisə Rəhimova, Arif Feyziyev və Rüfət Dərgahlının təşəbbüsü ilə "Arzular haqqında hekayələr" layihəsinə start verilib. Adları qeyd olunan 5 gənc tərəfindən həyata keçiriləcək layihə 22 yaşdan yuxarı ali təhsilli şəxslərin düzgün ixtisas seçməmələri nəticəsində itirilmiş arzularından bəhs edir.
Müsahibə əsasında seçiləcək 20 nəfər gənc layihəyə cəlb olunacaq və onların həyatı hekayələşdirilərək, həmin hekayə əsasında "Street art" nümunəsi yaradılacaq.
Layihənin başlıca məqsədi istedadlı yeniyetmələrin müstəqil ixtisas seçimini təbliğ edərək gələcəkdə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görmək və cəmiyyətimizin formalaşmasında incəsənətin rolunun vacibliyi mesajını insanlara ötürməkdən ibarətdir.
Qeyd edək ki layihə Bakı şəhərində icra olunacaq. Layihədə iştirak etmək istəyən gənclər sentyabrın 20-si saat 00:00 kimi aşağıda qeyd olunmuş linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
https://docs.google.com/forms/d/e/1FAIpQLSd3E08lLIdeTl-gusLK0N8RxAmml9BJQSonxh_WpUlU4eGF9g/viewform
Layihə barədə ətraflı məlumat əldə etmək üçün əlaqə saxlaya bilərsiniz.
Əlaqə: (077) 354-16-94
(055) 480-11-55
E-mail: [email protected]