XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

15 Sentyabr 2016 - 09:37

Behrudinin Yazıçılar Birliyindən küskünlüyü… –Tanınmış jurnalistdən şairin istefasına reaksiya

leman-eliesrefqizi

"Rüstəm Behrudini 1998-ci ildən "Hürriyyət"dən tanıyıram. Şahvələd Çobanoğludan sonra qəzetə baş redaktor gəlmişdi. Qəzetçi kimi mükəmməl olmaya bilərdi, amma şair kimi mükəmməl şairdir!

Biz o vaxt Rüstəm Behrudiyə salam verəndə elə bil "Dar ağacı"na salam verirdik. Bir az qorxaq, bir az çəkingən, necə olmasa, çox gənc idik axı. Ona "Qəribə adam" kimi baxırdıq, necə ki, o, özü Əbülfəz bəyə elə baxırdı”.

Strateq.az xəbər verir ki, bu sözləri bağlanan ANS-in keçmiş əməkdaşı, jurnalist Ləman Ələşrəfqızı “Facebook”da yazıb.

Onun sözlərinə görə, Behrudinin Yazıçılar Birliyindən küskünlüyü bir övladın ailəsindən incikliyi kimidir:

"İnanın, belədir. Adam illərdir ədəbiyyatda külüng çalır, istəyir kimsə çıxıb ona "sağ ol" desin, təbrik ünvanlasın, yığcam da olsa, bir tədbir düzənləsin. Nə olar ki?!

Heç kimin zəri tökülməz, əksinə, bir şair ürəyi dağa dönər. İndi onu qınayanlar guya ürəklərinin ən dərin guşələrində özlərinə qarşı bu diqqəti gözlənirlərmi? Əlbəttə gözləyirlər. Eləsə, başqasından bunu niyə əsirgəyək ki?!".

Xatırladaq ki, bir neçə gün əvvəl ad günü olan R.Behrudi Yazıçılar Birliyindən təbrik edilməməsinə etiraz edərək, qurumdan istefa verdiyini açıqlayıb.