XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

15 Sentyabr 2016 - 17:01

Yazıçı Anar Behrudiyə barışıq jesti elədi, ancaq rədd cavabı aldı –Qalmaqal

Anar

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qurumdan istefa vermək istəyən şair Rüstəm Behrudiyə barışıq təklifi ünvanlayıb.

Strateq.az.musavat.com-a istindən xəbər verir ki, birlik sədri R.Behrudinin birlikdən ayrılmasına təəssüf etdiyini deyib: “Birlikdən rəsmi çıxmaq üçün ərizə yazılmalıdır. Ümid edirəm ki, Rüstəm düşünüb, daşınıb belə bir ərizəni yazmayacaq, birliyin üzvü olaraq qalacaq və inşallah gələn il 60 yaşını xoş məramla qeyd edəcəyik”.

Rüstəm Behrudi AzNews.az-a açıqlamasında Anarın barışıq təklifinə cavab verib: “Mən Anar müəllimə təşəkkür edirəm. O, mənim üçün həmişə böyük bir ziyalı, örnək olub. Ancaq o yaşda bir adam deyiləm ki, qərarlarımı dəyişəm. 18 yaşda bir uşaq deyil, 59 yaşda bir şairəm.

Mən Yazıçılar Birliyini tərk elədim, vəssalam. Kişiyəm, kişi sözü bir dəfə deyər. Anar müəllimi çox istəyirəm. Özü də onunla bir problemim yoxdur. Sadəcə özüm çıxdım və bunu ictimaiyyətə bəyan elədim”.

Xatırladaq ki, bir neçə gün əvvəl R.Behrudi AYB-dən istefa verdiyini açıqlayıb.