XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2016 - 17:44

Şəhid zabitə həsr olunmuş yeni kitab nəşr olunub:“Söz və Qan”

oruceliyev

 

Şair –publisist Əli Rza Xələflinin “Söz və qan” kitabı çapdan çıxıb. Ədəbi-publisistik düşüncələrlə yazılmış povest-xronika olan bu əsər şəhid zabitimiz Ceyhun Orucəliyevə həsr olunub. 

Əsərin forma və üslüb rəngarəngliyi əsərə canlı ruh gətirir.  Müəllif bu əsərdə qəhrəman bir döyüşçünün taleyini ehtiva etsə də, onun bir igid kimi formalaşmasında böyük rolu olan ədəbi sözün gücündən bəhs edir.  Sözün və qanın birliyində əbədi diriliyə aparan yolun mahiyyətindən də fəlsəfi ümumiləşdirmələrlə danışan müəllif ədəbi obrazlarını oxucuya sevdirə bilir.

Əsər geniş oxucu aləmi üçün nəzərdə tutulub.

Kapitan Ceyhun Orucəliyev  2014-cü il aprelin 7-də döyüş tapşırığını yerinə yetirərəkən həlak olub. Ölümündən sonra 3-cü dərəcəli “İgidliyə görə” medalı ilə təltif olunub.  2-ci Şəhidlər Xiyabanında dəfn olunub.