XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2016 - 00:45

Xanəli Kərimlinin yeni kitabı:"Bir ömrün işığı"

 

xaneli

Tanınmış şair, araşdırmaçı-alim, pedaqoq Xanəli Kərimlinin “Bir ömrün işığı” adlı yeni kitabı işıq üzü görüb.

Azərbaycan ədəbiyyatının orta nəslinin tanınmış nümayəndəsi olan Xanəli Kərimli çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. Lakin ədəbi fəaliyyətin, poeziyanın onun yaradıcılığında xüsusi çəkisi var.

Kitabda son illər yazdığı şeirlərlə bərabər, şairin yaradıcılığı haqqında yazılmış məqalələr, məktublar və digər materiallar yer alıb. 

Kitabın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova, rəyçi fəlsəfə doktoru Sabir Bəşirov, tərtibatçısı tanınmış yazıçı Nəriman Əbdülrəhmanlıdı.

 Şübhəsiz, əvvəlki kitabları kimi, “Bir ömrün işığı” da şair Xanəli Kərimliyə yeni-yeni oxucu məhəbbəti qazandıracaq.