Müraciət etmək, "ərz" mənasında işlənir.  Ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir.




Ərizəyə verilən tələblər aşağıdakılardır:





  • Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır.


  • Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır.


  • Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır.


  • Ərizənin sonunda gün, ay, il və ərizəçinin şəxsi imzası qoyulmalıdır.




Ərizənin yazılış forması belədir:





  • Vərəqin əvvəlində, abzasdan böyük hərflə təşkilatın və kimə müraciət edilirsə, onun vəzifəsi,  adı, atasının adı və soyadı qeyd olunur.


  • Sətrin 1/2 hissəsi həcmində sağ tərəfdə ərizəçinin adı, soyadı və atasının adı göstərilir.


  • Vərəqin ortasında böyük hərflə "Ərizə" sözü yazılır.


  • Təzə sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur.


  • Ərizənin sonunda imza qoyulur və onun yazılma tarixi göstərilir.






Nümunə






© 2021 Strateq.Az