XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

07 Noyabr 2015 - 06:08

İntuitiv təfəkkür nədir? – Dövlətin intuitiv təfəkkürlə idarə olunması haqda

elshen-2.jpg

Elşən Nəsibov

Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

İntuitiv təfəkkür. İntuisiya ideal fəlsəfədə  hissiyata, duyğulara  əsaslanma ilə dərkin mövcudluğudur. Varlığın hissiyyatlarla qəbul olunması kimi başa düşülür.

Əvvəlcə qəbul edək ki, varlıq insanlarda hissi (duyğu) orqanlardan kənar qəbul oluna bilməz. Hissiyyat orqanları varlıq haqqında məlumatları ötürəndirlər. Onların funksiyası da elə bunlardan ibarətdir.  Beyin informasiyaları daxildən gələn hisslərlə yanaşı, həm də ətraf aləmin, ətraf varlığın təzahürünü əks etdirən siqnallarla qəbul edir. Ətraf siqnallar daxili siqnallarla vəhdətləşir və ətraf aləmin təzahürü əks olunur. Siqnallar mövcud olanın forma və məzmununu daşıyan zərrəciklərdir ki, onlar da elə mövcudluq haqqında olan informasiyalardır. Siqnallar  zərrəciklər axınıdır. Bu axın da enerjidir. 

Ağıl,  şüur siqnallarla  beyində formalaşır. İntuisiya əqldən kənarda deyil. çünki siqnal beyinə ötürülür, ümumi  hissiyyatın cəmləşmə mərkəzi beyin olur. Hissiyyat dərki formalaşdırır. Ətraf qıcıqlara reaksiyaları müəyyən edir. Beyin əqlin köməyi ilə (əqlin nəticəsi ilə) ətraf aləmə cavab verir. Hissiyyat idarə zamanı ağıla xidmət edəndir. Şüuru hərəkətlərə rəvac verməyə yönləndirəndir. Hissiyyat  siqnalların təminatı yolu ilə ağılı  formalaşdırandır. Duyğu orqanları varlığın əlamətlərinin beyində qavrayışını təmin etmək üçün siqnalları ötürəndir. Onun mahiyyətini və formasını artıq beyin mərkəzi müəyyən edir. Qavrama proseslərinin əsas ötürücüləri (informasiya ötürücüləri) duyğu orqanlarıdır. Fizioloji baxımdan inkişaf etmiş beyin və duyğu orqanları siqnalların kəmiyyətini artırır. Bu artımdan da əvvəlcə duymalar, müşahidələr nəticələri əvvəlcədən görmələr yaranır. Burada düzgün görmələr, düzgün müşahidələr və qərarlar  əqli nəticələrdən  meydana gəlir.

Belə demək olarsa, intuisiya şəxsin şərti normadan çox kəmiyyətdə siqnal qəbul etməsindən yaranan bir vəziyyətdir.  İntuisiyanı real və praktik hadisələrin nəticələrindən dəfələrlə meydana gələn obrazlanma kimi qəbul etmək olar. İntuisiya, belə demək mümkünsə, adi şüur səviyyəsinin yox, təkmil şüurun nəticəsi olaraq meydana gəlir.  Təcrübə özü (buna həm də empirik təfəkkür demək olar), təkrarlanan hadisələr onu müşahidə edən şəxslərdə intuitiv qavramanı yaradır. İntuitiv təfəkkür artıq kəmiyyətdə olan siqnalların beyin daha böyük məkanda qərarlaşmasından ortaya çıxan təfəkkür olur. İntuisiyanı ağıldan kənarda qəbul etmək olmaz, əksinə, onun fövqündə (yəni, ağılın ortalama dərəcəsindən bir qədər yüksəkdə) qəbul etmək olar. çünki hisslərin də qəbul etdiyi siqnallar beyində əqlin formalaşmasını təmin edir. Duyğu orqanlarının siqnalları elə ağılın formalaşmasına təsir edir. Fizioloji baxımdan ağılın yüksək dərəcəsi (faizi)  daha çox siqnal qəbul etməkdən və onu emal etməkdən, yeni forma yaratmaqdan, yeni hasilatı üzərə çıxarmaqdan meydana gəlir. Düzgün müşahidələr və duyulan qənaətlər  elə təkmil və iti zəkanın məhsuludur. ümumiyyətlə, intuisiyanı həm də rasionallıqla eyniləşdirmək lazımdır. Burada şəxsin müşahidəsi önəmlidir, şəxsin həm də proseslərdə hadisələrdə özünün əqli nəticələr çıxarması daha da qabarıq şəkildə büruzə verir. İntuisiya rasionallığı şərtləndirir.

İnsan Yer üzərində yaranıb. Materiya və ideya aləmi ilə əhatə olunub. Dünyaya gələn kimi ətraf aləmin siqnallarını qəbul edir, fizioloji baxımdan inkişaf edir. Bu inkişaf da özlüyündə ruhun formalaşmasını təmin edir. Təbii ki, insanın (doğulanın) özündə də genetik siqnallar və hamilə zamanı, bətndə olarkən  qəbul etdiyi siqnallar da burada çağanın beynində müəyyən qədər məkan əldə etmiş olur. Böyüdükcə insan əqli nəticəni kainatdan, təbiətdən, ətraf aləmdən aldığı siqnallarla, təkrarlanan proseslərdən davranışlardan əldə edir. Bu baxımdan da qaydalar, normalar yaranır. Əqli nəticə məkana və məkanın xarakterinə uyğun orada mövcud olan  davranışa uyğun çıxarılır. Hər addım ardınca əqli nəticələr zəncirini toxuyur. Əvvəlcə güclü duyan şəxs öz hərəkətlərini duyğudan formalaşan əqli nəticələrlə idarə edir. Əqli nəticələrin  çıxarılması dərəcəsi isə fərdin mühitə adaptasiyasından asılı olur. Bu baxımdan daha çox hadisələr içərisində olan və bol proseslərlə  əhatə olunan  şəxslər nisbətən yüksək əqli nəticələr çıxara bilirlər. Bu əqli nəticələr əsasən təkrarlanan proseslərdən yaranır. Əqli nəticələr həm prosesin özü ilə ortaya çıxır. Siqnal- siqnalı, obraz -obrazı üzə çıxarır. Proses davam etdikcə ona müvafiq əqli nəticələr də çıxarılır. Bu prosesə davamedici zamanda çıxarılan əqli nəticələr kimi ad evrmək olar.

Bir də var ki, hadisələrin nəticələrini qabaqcadan duymaq qabiliyyəti. Bu isə gələcək zaman üçün  çıxarılan əqli nəticədir. Gələcək zaman üçün çıxarılan əqli nəticə  gələcək müəyyənliyi əvvəlcə görmək qabiliyyətinin təzahürüdür. Bu qabiliyyət isə dərketmənin yüksək dərəcəsindən xəbər verir. Şüur ilə əqli nəticə öz kəmiyyətini artırmış olur.    Gələcək zaman üçün əqli nəticələrin çıxarılması qabiliyyəti,  qabağı görmək qabiliyyəti məhz intuitiv təfəkkürlə müəyyən edil bilir. Burada müşahidələr özü elə indiki zamanda baş verən prosesləri ardıcıl izləmə qabiliyyətindən meydana gəlir.

İntuisiya şəxslərdə nəticələri əvvəlcədən duyulan, yəni dəyişəcək formanın qəbul ediləcək siqnallarını əvvəlcədən duymaq qabiliyyətidir, bir proses olaraq isə vəziyyətdir.

İntuitiv təfəkkür, yəni duyğu orqanlarının gələcək proseslərinin qavranılmasını və ona adekvatlılığın halını müəyyən edən təfəkkür daha çox filosoflarda mövcud olur. Adekvat hal da o deməkdir ki, gələcək nəticəni əvvəlcədən duyur, ona cavab verəcək vəziyyəti də əvvəlcədən özündə (qıcıqlara reaksiyalar) müəyyənləşdirir. Hadisələri qabaqlayan (nəticələrini əvvəlcədən duyub görmək qabiliyyətinə malik olmaq)  təfəkkür intuitiv təfəkkürdür. Bu təfəkkürün obyekti material “qeyri-material” aləm ola bilər. İntuitiv təfəkkürlə prosesləri yönləndirmək də mümkündür. Bu halda bunu edən şəxs proseslərin müsbət və  nəticələrini əvvəlcədən duyur.      İntuitiv təfəkkürə malik olan şəxs müşahidə etdiyi və ondan asılı olmayan prosesləri əvvəlcədən görür. Eləcə də ondan asılı olan proseslərin nəticələrini əvvəlcədən duya bilir. Belə şəxslər müstəqil və sərbəst yaradıcılığı üstün tuturlar və nailiyyət də əldə edə bilirlər.

İntuitiv təfəkkür başlıca olaraq geniş təcrübəyə malik olan və dərinə düşüncələrə sahib olan ağıllı və müdrik insanlarda mövcud olur.

 

Dövlət fəlsəfi bir fenomendir. çünki həm struktur kimi tərkibi, həm də proseslər mahiyyət etibarilə dərin mənalar kəsb edir. Dövlət ümumilikdə pozitiv bir qurumdur.  Onun faydalı əsaslarla qurulması,  strukturlarının təşkil olunması və nəticələrin səmərəliliyi məntiqi düşünülmüş proseslərlə həyata keçirilir. Siyasi fəaliyyət və onun nəticələri əqli təfəkkürün məntiqi nəticələrə gəlməsi ilə müəyyən olunur. Bütün proseslər, bu baxımdan qanunvericiliyin təşkili, hüquq normalarının qəbul olunması və icrası məntiqi idrakın nəticəsi (əqlin gəldiyi qənaət)  ilə həyata keçirilir.

Proseslərdə intuitivlik bir aspektdə mövcud proseslərin gələcək mahiyyəti və formasını əvvəlcədən duymaqla müşahidə edilən vəziyyətdir. Xarakterik haldır. Digər aspektdə isə gələcək proseslərin meydana çıxa biləcəyini müəyyən etmək üçün xarakterik haldır.  Hər iki vəziyyətdə ağılın məntiqi mühümü rol oynayır. Sadəcə olaraq ağıl nəticəni (aydınlığı, müəyyənliyi) əvvəlcədən emal edə bilir. İntuitiv təfəkkürlə idarəetmə ağlın gələcəyə yönəlik tətbiqi ilə meydana gəlir.   

 

Dövlətin intuitiv təfəkkürlə təşkil olunması

Bu, o deməkdir ki, dövlətin strukturları əvvəlcədən, yaradanın (strukturları təşkil edənin)  daxili aləminə müvafiq olaraq təşkil olunur. Strukturlar arasındakı əlaqələr rasional mətniqlə qurulur. Təbii ki, təşkil edən burada həm təcrübəni əsas götürür, həm də prosesləri başlayır və məntiqi ardıcıllıqla onu strukturlaşdırır. Dövlət forması özünün xəyali təsvirini intuitiv təfəkkürə sahib olan şəxlsərin fantaziyalarında tapa bilir.  İntuitiv təfəkkürə sahib olan şəxs dövlət strukturlarını həm rasional, həm də empirik üsullarla təşkil edir. İntuitiv idarəçilik zamanı lazımi strukturlar bir məhsul kimi  mövcud strukturların fəaliyyətindən yeni yaranacaq strukturların zərurətini əvvəlcədən duyma vəziyyətinin qabiliyyətinin nəticəsi olaraq yaranır. İntuitiv idarəçilik zamanı proseslər həm mövcud proseslərdən, proseslərin nəticələrindən yönləndirilir (burada rasionallıq və empiriklik rol oynayır),  həm də gəlcək proseslərin duyulması nöqteyi-nəzərdən istiqamətləndirilir.  Burada bir prosesin nəticəsinin gələcək proseslər üçün əhəmiyyəti idarəçiliyin mahiyyətini təşkil edir. Şaxələnmə bir-birini şərtləndirir.  İntuitiv idarəçilik zamanları bir-birinə bağlayır. Metaforik (məcazi) olaraq belə bir fikir bildirə bilərik ki, bir zamanın  yetişməsi ilə o biri zamanın necə başlayacağını müyyən edir.

İntuitiv təfəkkürlə idarəçilik özündə zamanları ehtiva etməklə bərabər, rasionallığı və empirik vəziyyətləri müəyyən edən və müşahidələri özündə əks etdirən xəyali bir obrazı da meydana gərtirir. İdarə edən şəxs mövcud prosesləri, onun nəticələrini və gələcək nəticələri elə öz xəyalında daxili aləmində təsvir edir. Bu təsvirçilikdən artıq proseslərin müəyyənliyi, canlandırılması baş verir.

İntuitiv idarəçilik, təbii ki, konseptual və sistemli, ardıcıl və paralel idarəçilik formasını da yaradır. İntuitiv idarəçilik tələbləri əvvəlcədən müəyyən edən idarəçilikdir. İntuitiv idarəçilikdə sistemin təşkili və fəaliyyəti mexanizmləri uyğunluq prinsipləri ilə formalaşdırılır. Burada idarə edənin  daxili aləmi sistemin istədiklərini əvvəlcədən duyur. Bu duymanı (beyində əks olunan istəkləri) tələblərin ödənilməsinə yönəldir. İntuitiv təfəkkürlü rəhbər boş bir məkanda öz daxili hisslərini mərkəzdə ağılla birləşdirərək boş bir məkanda dövləti qura bilər. İntuitiv idarəçilik hətta təcrübələrə də söykənməyə bilər, ağılın özünü ilk başlanğıc kimi müəyyən edə bilər.

İntuitiv idarəçilik daha çox hadisələrin əvvəlcədən proqnozlaşdırılmasına gətirib çıxaran idarəçilikdir.   İntuitiv təfəkkürün əsas xüsusiyyətləri dərin və operativ analitik qabiliyyətinin olmasındadır.