XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

15 Noyabr 2015 - 10:18

Terrorun psixi xüsusiyyətləri

elshen-2.jpg

Elşən NƏSİBOV

Siyasi elmlər üzrə fəlsəfə doktoru 

 

Hər bir hadisənin öz xarakteri mövcuddur. Hadisənin xarakteri onun tərkib elementlərindən və tərkib elementlərin hərəkət xüsusiyyətlərindən, məkanda hərəkət istiqamətlərindən meydana gəlir. Element və məkan, elementlərin məkanda hərəkəti hadisələrin forma və məzmununu meydana gətirir. Hərəkətin istiqamətləri, hərəkətlərin edilməsi məqsədləri özlüyündə hərəkətin xassələrini ortaya qoyur. Hərəkətin müəyyən edilməsi və təyin edilməsi məkanda hərəkətlərin xassələrini təzahür etdirir. Hər bir məkanda təzahür olunan hadisənin və beyində obrazlanan əlamətlərin əsasları elə xassələri meydana gətirir. Qüvvələrin tətbiqi sayəsində məkan üzərində elementlərin hərəkət əsasları formalaşır. Hadisələrin xarakteri onu edənlərin, törədənlərin maraq və məqsədlərinə hədəflənir. Bu baxımdan da hərəkətlərdən meydana gəlir. Hadisələr məcmusu şəbəkəli proseslərin formalaşmasını təmin edir. Hadisələr axarı özlüyündə həm yeni ideyaları yaradır, həm də yeni ideyaların icrası istiqamətlərinin əsaslarını ortaya qoyur. İnsanlar (şəxslər, fərdlər, qruplar) öz məqsədlərini əməllərinə immanent edirlər.

Hadisələr ideyalardan və ideyalar uğrunda əməllərdən formalaşır və ideyaların yerinə yetirilməsi üçün məkanlarda mövcud olan aktlardan ibarət olur. Aktlar məcmusu və məcmunun ümumi xarakteri məhz hadisələrin cəm xarakterini əmələ gətirir. Hadisələrin ardıcıl olaraq törədilməsi və təzahürü özlüyündə obrazlanaraq ideyalar zəncirini meydana gətirir. İdeyalar bir şəxsin və ya da müəyyən bir qrupun ola bilir. Dövlət və cəmiyyət ideyası ümumən bütün şəxslərindir. Ola bilər ki, ideya bir şəxs tərəfindən irəli sürülür, sonra isə həmin ideya cəmiyyətin əksər elementlərinin əqidəsinə çevrilir.  Subyektiv ideyalar sonradan obyektiv ideyalar məcmusuna çevrilir. Məsələn, terror ideyası və bu ideyadan irəli gələrək terrorun tərkib elementlərinin formalaşması ideyası bir və ya da bir neçə şəxsin fikir və düşüncə məhsulu olaraq otaya çıxır. Terror ideyasının bazasında kin, küdurət hissləri, mənfur hallar dayanır. Terror ideyası  özlüyündə qəzəbdən yaranır və qəzəbə də çevrilir. Bir və ya da bir neçə şəxsin qəzəbi onların əməllərində də büruzə verə bilir.

İdeyalar uğrunda həyata keçirilən mübarizələrin də müxtəlif formaları mövcud olur. İdeyalar pozitiv olanda daha çox bu ideyaların icrası üçün sivil və qanuni, hamı tərəfindən normal olaraq qəbul olunmuş yollara əl atılır.  Məsələn, qanun layihələri özlüyündə yeni ideyalar məcmusundan ibarətdir. Bu ideyaların qəbulu üçün sivil qaydada təşəbbüslər irəli sürülür. Mexanizmlər işə düşür və təkliflər və müzakirələr aparılır. Həm də bu müzakirələr açıq şəkildə həyata keçirilir.

Cəmiyyətlər müəyyən maraqları olan qruplardan ibarətdir. Bu qruplar özlərinin maraqlarını təmin etmək üçün qanuni və qeyri-qanuni yollara əl atırlar. Qeyri-qanuni yollar cinayətə sürükləyən aktlar kimi forma və məzmun alır. Cəmiyyət müxtəlif siyasi qruplardan ibarət olur. Hər bir siyasi qrupun öz maraqları mövcuddur. Bu maraqların təmin olunmasının qanuni və qeyri-qanuni yolları axtarılır. Qeyri-qanuni və qeyri-sivil yollardan biri də terrordur. Terror hadisələri bir qrupun digər qrupa, həmçinin bir şəxsin digər bir şəxsə qarşı cinayət xarakterli, qeyri-humanist  hərəkətləri ola bilir.

Terror hadisələri yönəlir: dövlətə – onun dayaqlarını sarsıtmağa, strukturlarını dağıtmağa və şikəst etməyə, dövlətin potensialını zəiflətməyə;  xalqa – onun genofonduna zərbələr vurmağa; mədəniyyətə – xalqın mədəni irsinə, xalqın özünüdərk etmək vasitəsi kimi mədəni yaradıcılıq və quruculuğuna zərbələr vurmağa; cəmiyyətə – cəmiyyətin aparıcı qüvvələrinə, avanqard elementi olan gənc və orta nəslin məhvinə; səhiyyə sahələrinə – xalqın sağlamlığına zərbələr vurmağa; xalqın dini inanclarına və irsi dini adət-ənənələrinə zərbələr vurmağa və s. kimi sahələrə və istiqamətlərə.

Terrorun miqyası mövcud olur və bu aktlar yerli (lokal) və beynəlxalq sahələri əhatə edir. Xalqa və dövlətə qarşı yönəlmiş terror hadisələri öz miqyasına görə həm yerli, həm də beynəlxalq əhəmiyyətli olur. Hətta terror bütöv bir dünyaya qarşı olur. Terror bütün dünyanı əhatə edən (bir çox ölkələrdə mövcud olan)  qlobal və regional, eləcə də milli xüsusiyyətlərə malikdir. Milli xüsusiyyətlər o halda olur ki, bir xalqın və dövlətin içərisində öz nümayəndələri, milli ünsürlər qrup halında dövlətin və xalqın atributlarına, dövlət rəhbərinə və dövlət hakimiyyətinə qarşı cinayət aktları törədirlər. Silahlı basqınlara, sui-qəsdlərə  əl atırlar. Belə qruplara hakimiyyətə də dövlətə qarşı təzyiq qrupları kimi ad vermək olar.

Qeyd olunduğu kimi, terror müəyyən qruplar tərəfindən həyata keçirilən cinayət aktları kimi qəbul olunur. Terrorun iqtisadi, siyasi və mədəni xarakteri mövcuddur. Terror dövlətdaxili və dövlətlər arasında da ola bilər.

Terrorun məqsədləri genişdir və bu daha çox qlobal miqyasda  siyasi məzmunludur. Siyasi terror xalqa, dövlətə qarşı yönələn xarakterlidir. Aktlar məcmusunu birləşdirir.

Hər bir qrupun ideyası yaranır.  İdeyaların yerinə yetirilməsi yolları var. Terror ideyaların yerinə yetirilməsi üçün atılan müvafiq qeyri-sivil  addımlardan ibarətdir. Terror ideyalarının qruplaşdırılması terror  ideologiyasının formalaşmasına səbəb olur.  

Terrorun açıq və gizli aktları mövcud olur. Terroru törədən şəxs və ya da qrup öz niyyətini (hadisələrdən qabaq)  açıq şəkildə bəyan edir. Terror məsuliyyətini öz üzərinə götürmək təcrübəsi də var. Terror təşkilatları özlərinin obyektləri və hədəfləri üzərlərində təsir imkanlarını genişləndirmək, qorxu və çaşqınlıq yaratmaq, siyasi depressiya vəziyyətlərini formalaşdırmaq  məqsədilə terror hasiələrinin məsuliyyətini öz üzərlərinə götürmək təcrübələrinə malik olurlar. Ola bilər ki, hadisələr heç də məsuliyyəti üzərinə götürən təşkilatlar tərəfindən törədilməsin. “Terror populizmi” terror hadisələrinin  mənimsənilməsi hallarını meydana gətirir.

Terrorda, terrorun yaranmasında  dini aspektlər də mühüm rol oynayır. Müəyyən qruplar dindən istifadə edirlər və öz siya
si məqsədlərinə çatmaq yollarını dini ideyaların istifadəsində də görürlər.
Terroru dini inancların reallaşması vasitələri kimi görürlər. Terror müəyyən qrupun məqsədə çatmaq üsulu, aktlar toplusudur. Terror öz xarakterinə görə destruktivdir. Sistemi dağıdıcı məzmunu özündə əks etdirir. Terror müharibələrdə istifadə olunur və həmçinin münaqişələrdə geniş tətbiq edilir. Terror gizli partizan hərəkatlarının tərkibi kimi də gizli törədilən  aktlardan ibarət olur.

Terrorun formalaşmasında ayrı-ayrı şəxslərin ideyaları önəmli rol oynayır. Burada cəmiyyətdə tanınan nüfuzlu şəxslərin, siyasətçilərin, dindarların, digər ideoloqların baxışları, bəyanatları və mövqeləri proqram xarakteri rolunu oynayır.

ümumiləşmiş formada belə bir mövqedən çıxış etmək olar:

– gərginlik terrorun  əsas psixi xüsusiyyətidir;

– terrorun tərkib elementlərindən bir akt kimi terrorun xassəsi yaranır;

– terrorun xassəsi həm onun daxili elementlərindən meydana gəlir, həm də hadisələrin məzmunundan ortaya çıxır;

– terror psixi vəziyyətləri yaradır və psixi təsirlərdən öz xarakterini müəyyən edir;

– terrorun forma və məzmunu onun xarakterini formalaşdıran elementlər kimi çıxış edir;

– terrorun xarakteri onun obyektə və hədəfə olan təsirindən meydana gəlir və s.