XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

23 Noyabr 2015 - 19:30

Dövləti idarə etmə aparatı – biznes üçün kadr hazırlama mərkəzləri kimi

 

elshen-2.jpg

Elşən Nəsibov

Siyasi elmlər üzrə fəlsəfə doktoru

 

İdarəçilik özlüyündə bir tənzimləmə aktıdır və tənzimləmə aktlarının məcmusudur. Dövlətin idarəçiliyi dövlətin pozitiv mahiyyətindən, dövlətçilik məzmunundan irəli gələrək ali siyasi və hüquqi bir proses formasıdır. Bu proseslər şaxələndirici məzmuna malikdir. Burada olan proseslər şaxəli olmaqla mərkəzi və yerli sahələri əhatə edir. Məzmunca həm də siyasi və inzibati əsasları ortaya qoyur. İdarəçilik ümumən siyasi, aparatdaxili isə inzibati məzmunlu və formalı olur.

İdarəçilik aparatı dövlətin ayrı-ayrı sahələrini tənzimləmək məqsədilə ali, mərkəzi və yerli əsaslarla olmaqla,  iyerarxik formanı almaqla, mühüm kompleks xarakter kəsb edir. Dövləti idarəetmə aparatı dövlətin mühüm sahələrini və demək olar ki, bütün sahələrini  tənzimləmək funksiyasını yerinə yetirir. Dövlət hakimiyyəti özünün mahiyyətini  yalnız idarəçilikdə təsdiqləyir. Bu yolla da özünü ifadə edir. 

Dövləti idarəetmə aparatı mərkəzi və yerli idarəetmə sistemi olaraq dövlətin bütün strukturlarında tənzimləmə, bu baxımdan normalara və qaydalara salmaq  funksiyasını yerinə yetirir. Bu tənzimləmə də öz növbəsində vəhdəti meydana gətirir. Dövləti idarəetmə aparatı xalqla dövlət arasında əlaqələrin yaranmasını və bu baxımdan da  dövlətlə xalq arasında vəhdətin formalaşmasını təmin edir. İdarəçilik xalqın özünü tənzimləmə funksiyasını siyasi mənada ortaya qoyur.   

İdarəçilik bütün sahələr üzrə formaları özündə cəmləşdirir. İdarəçilik bir proses olaraq bağlayıcı və istiqamətləndirici məzmun kəsb edir. İdarəçilik həyatın bütün sahələrində vahid kompozisiyanı yaradır və üzvi bağlılığı müəyyən edir. İdarəçilik komplekslərdən ibarət olan sistemli bir prosesdir və formadır. İdarəçilik bir ümumiləşdirici proses olaraq insanların maddi, mənəvi və mədəni maraqlarının hüquqi-normativ əsaslarını meydana gətirir. İdarəçilik bir fəaliyyət sahəsi kimi daxilən özünü tənzimləmək funksiyasını həyata keçirir. İdarəçilik insanların bütün sahələrində olan hüquqlarını müəyyən edən universal kriteriya kimi təyin olunur və cəmləşdirici funksiya kəsb edir. İdarəçilik dövlətin iqtisadiyyatında olan sahələrin bir-birinə sıx bağlılığını meydana gətirir. Dövlət iqtisadiyyatda mərkəzləşdirici funksiyanı və kompleksliliyi məhz öz idarəçiliyi ilə yerinə yetirir.

Dövləti idarəetmə aparatı mərkəzi və yerli əsaslarla olmaqla şaxələnmə funksiyasını icra edir və bu baxımdan iqtisadiyyatın da idarəolunmasını əsas şərt kimi qəbul edir. İqtisadiyyatın makro və mikro formalarını tənzimləmə funksiyasını yerinə yetirir. İqtisadiyyatın tənzim olunması onun hüquqi əsaslarla sistemləşdirilməsindən ibarətdir. Burada iqtisadiyyat (təsərrüfat) subyektləri arasında əlaqələrin simmetrik və harmonik məzmunu ifadə olunur. Hüquq normaları sistemi dövlətin iqtisadi sahələrini bir-birinə bağlayır. İqtisadiyyatla siyasət anlayışlarının vəhdətini və şərtləndirici əsaslarını yaradır. Həmçinin iqtisadiyyatla siyasət arasında körpü rolunu ifadə edir. Hüquq normaları sistemi dövlətin iqtisadi siyasətinin mahiyyətini əks etdirir və onun forma və məzmununu aşkarlayır. İdarəçilik proseslərin axarının hər bir məqamda və məkanda durumunu şərtləndirir.

Dövlət iqtisadiyyatdan və onun üzərində həyata keçirilən siyasət sistemindən ibarətdir. İqtisadiyyat həm formaca, həm də məzmun etibarilə makro və mikro xassələrə malikdir. Siyasi və hüquqi tənzimləmə də makro və mikro əsasları özündə ehtiva edir.  İqtisadiyyat özü də siyasətlə, hüquq normaları ilə tənzim olunur. Bu baxımdan münasibətlər və əlaqələr normalarla, hüquq normaları ilə tənzim olunur. Əlaqələr və münasibətlərin formaları, məkanı və miqyası hüquq normaları ilə müəyyən edilir. Hüquq normaları iqtisadiyyatda əsas istiqamətləndirici vasitə və istiqamət kimi funksiya kəsb edir. Hüquq normaları axar yaradır və proseslərin yönləndirilməsini təmin  edir. Burada maraqlardan maraqlar yaranır, şəbəkələnmə meydana gəlir.

Hər bir mütəxəssis, ali təhsilli və təcrübəli şəxs proseslərin axarını, hadisələrin gedişatını ümumi şüur səviyyəsinə nisbətən daha da dərindən dərk etmək iqtidarında olur. Hadisələrə tərkib etibarilə yüksək qiymət vermək ali təhsilli şəxslərin bilik və bacarıqlarının ifadəsi olaraq meydana gəlir. Yüksək dərrakəli mütəxəssis prosesləri yönləndirir və hadisələri istiqamətləndirir. Mütəxəssislərdə keyfiyyət və bacarıq önəm kəsb edir. Bu subyektiv keyfiyyətlər obyektiv olaraq iqtisadi sahələrdə tətbiq olunur. Mütəxəssislər və kadrlar ixtisas tələb edən sahələrdə və müvafiq peşələrdə çalışırlar. Bu sahələrin yönləndirilməsi ilə məşğul olurlar. Mütəxəssislər aidiyyatı strukturlarda nəzəri biliklərin formalaşmasını təmin edirlər. İqtisadiyyat sahələri həm rəhbərlik (məsələn, menecment), həm də ixtisaslı mütəxəssislərin fəaliyyətini  tələb edən sahələrdən ibarətdir. Rəhbərlik ümumi və xüsusi sahələrdə formalaşan keyfiyyətləri özündə əks etdirən bir kriteriyaya çevrilir.

Dövlətdə və cəmiyyətdə kadrların və mütəxəssislərin yetişdirilməsi zəruri aspektləri özündə cəmləşdirir. Dövlət idarəçiliyinin ardıcıl axar zərurəti idarəçilik mütəxəssislərinin də ardıcıl təminatı zərurətini meydana gətirir.

Dövlətin tarixi mövcudluğu zərurəti və gələcək mövcudluq zərurəti onu deməyə əsas verir ki, dövləti idarə etmək üçün lazımi və savadlı, bilikli, bacarıqlı mütəxəssislərə hər zaman ehtiyac duyulur. Dövləti idarəetmə aparatlarının təminat ardıcıllığlı, kadr təminatının irsiliyi zərurəti onu deməyə əsas verir ki, mütəxəssislər ardıcıl qaydada hazırlansın. Kadr təminatı məsələləri öz həllini yüksək hazırlıq mərhələlərinin təminatında əks etdirir. Yüksək səviyyəli kadr təminatı dövlətdə kadrla təminat ardıcıllığının  əsaslarını meydana gətirir. İdarəçiliyin iyerarxik pillələrində kadrlar arasında əlaqələr simmetriyası meydana gəlmiş olur.  

Dövlətdə dövlətə və özəl sahələrə məxsus olan kadr hazırlığı mərkəzləri çoxluq təşkil edir. Ali məktəblərdən tutmuş ictimai-siyasi institutlara qədər bütün subyektlər bu funksiyanı təmin edirlər. Kadr hazırlığı həm təhsil, həm də təcrübə mərhələlərini əhatə edir.

Kadrlar öz hərəkətləri ilə, həyata keçirilən siyasi və inzibati fəaliyyətləri və davranış kodeksləri ilə dö
vlət idarəçiliyinin etik əsaslarını özündə ehtiva edirlər.

Kadr hazırlığı mərhələləri, təbii ki, təhsil və təcrübə mərhələlərindən ibarət olur. Təhsil sahəsində orta, orta ixtisas və ali təhsil müəssisələri önəmli rol oynayır. Təcrübə məsələlərində isə siyasətin hazırlanması və həyata keçirilməsi subyektləri mühüm fəaliyyət göstərirlər. Siyasətin hazırlanması və icrası mərkəzləri kadrların təcrübələrdə qazandıqları  potensiallarının icrası üçün önəmli mərkəzlər kimi əhəmiyyət  kəsb edirlər.

Biznes sahələri də dövlətin idarəçiliyi üçün mühüm sahələrdir. Bu sahələrdə məqsədyönlü idarəçilik mövcuddur. Biznesin idarəçiliyi elə iqtisadi və hüquqi aspektləri özündə ehtiva edir. Biznes sahələri də qanunvericilik əsasında idarəçilik məzmununu özündə əks etdirir. Biznes korporasiyaları geniş strukturlara malik olurlar. Bu strukturlar vahid mərkəzlərdən və yan mərkəzlərdən idarəçiliyi təşkil edirlər.

Dövləti idarəetmə aparatları böyük təcrübə mərkəzləridir. Bu mərkəzlərdə hazırlanan mütəxəssislər daha səriştəli, dövlət siyasətindən məlumatlı və praktiki olaraq dövlət siyasətinin icrası ilə məşğul olurlar. Dövlət siyasətini həyata keçirənlər biznes idarəçiliyindən məlumatlı olur və dövlətin iqtisadiyyat sahələrində hüquqlarını tənzimləyirlər. Bu baxımdan, dövlət idarəçiliyi biznesin idarə olunması üçün münasib kadrların yetişdirilməsini həyata keçirmək iqtidarında olur.  

Dövlət idarəetmə aparatlarının başlıca funksiyası dövləti lazımi kadrlarla təmin etməklə bərabər, dövlətin inkişafının alt bazası olan iqtisadiyyatın da idarəolunması üçün bu sahələri də lazımi mütəxəssislərlə təmin etməkdən ibarət olmalıdır. Dövlət idarəetmə aparatları həm öz tərkibini, həm də biznes sahələrini idarə etməklə məşğul olmalıdırlar.

Bu gün demək olar ki, dövləti idarəetmə mərkəzlərində məmurlar çoxluq təşkil edir. Bu məmurların intellektindən, potensialından səmərəli istifadə oluna bilmir. Enerji potensialından yarımçıq istifadə olunur. Məmur sayının çoxluğu onu deməyə əsas verir ki, bu gün həmin məmurlar biznesə, iqtisadiyyatın idarə olunması sahələrinə yönləndirilməlidir.

İdarəçilikdə kadr təminatı proseslərinin axınları idarəçiliyin mühüm əhəmiyyətini və vacibliyini müəyyən edir.  

Dövlət aparatında çalışan mütəxəssislərin, iqtisadiyyat sahələrinə yönləndirilməsi siyasətinin müsbət tərəfləri nə ola bilər:

– kadr potensialının ardıcıl artımının təmin olunması – kadr axınları hesabına;

– iqtisadiyyat sahələri üçün kadr təminatının həyata keçirilməsi;

– kadr potensialının gücləndirilməsi və dövriyyəsinin təşkil edilməsi;

– kadr və mütəxəssis potensialından səmərəli və keyfiyyətli şəkildə istifadə olunması;

 – biznesin stimullaşdırılması və dövlətdə sahələr üzrə uyğunluq yaradılması;

– dövləti idarəetmə kadrlarından və mütəxəssislərinin fəaliyyəti hesabına biznes və dövlət siyasətinin vəhdətinin təşkil olunması;

– dövlətin biznesə marağının artması;

– dövlətin biznes sahələri  üzərində diqqət və qayğısının gücləndirlməsi;

– dövlətin  iqtisadiyyatın baza sahələrinin tənzimlənməsinə diqqətinin gücləndirilməsi;

– biznesin idarəçiliyində səriştə və təcrübənin genişləndirilməsi, iqtisadi idarəçilik ruhunun formalaşdırılması;

– biznesdə (iqtisadiyyatda) dövlət idarəçiliyinin və hüquqi tənzimləmənin səmərəli şəkildə həyata keçirilməsi;

– biznesə dövlət qayğısının gücləndirilməsi;

– iqtisadiyyata transfer olunmuş idarəçi şəxslər hesabına idarəçilik səriştəsinin gücləndirilməsi;

– dövlət idarəçiliyində məmur sayının çoxalmasının qarşısının alınması;

– iqtisadiyyat sahəsində idarəçilik təşkilatçılığının artması;

– idarəçilik ruhunun dövlət ruhu ilə vəhdət təşkil etməsi  və s.