XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

10 Dekabr 2015 - 05:12

Alim – onun bəşəri vəzifəsi, məsuliyyəti və öhdəliyi haqqında

elshen-2.jpg

Elşən NƏSİBOV

Siyasət elmləri üzrə fəlsəfə doktoru, politoloq

İnsan Hüquqları İnstitutunun elmi işçisi

Hər bir məfhum kimi elm də düşüncələrdə ayrıca olaraq  mücərrəddir. Lakin konkret sahələrdə formalaşır. Ona görə də həm də konkretdir. Elm düşüncəsi bütün digər düşüncələrin bütövləşməsidir. Elm özlüyündə bir məhsuldur, dəyərdir. Elm məqsəd və amaldır, qayədir. Elm yoldur və bütün bəşəriyyət üçün inkişaf yollarının məcmusunu göstərəndir. Elm ucalmaqla sərhədləri olmayan bir nemətdir. Elm dəyərləri yaradan və yeni dəyərləri meydana gətirəndir.  

çoxlarımıza  məlumdur ki, “bəşər” sözü ərəbcədəndir.  “İnsan”, “adam” mənasını verir. Bəşəriyyət də insanlıq mənasında işlədilir. “Alim” sözü də ərəb sözüdür. Elm sahələrində olan mütəxəssislərə verilən addır. Alim adam çox oxumuş, çox bilmiş adama deyirlər. Deməli, alim dünyada bilik daşıyan əsas şəxsdir. Alim ensiklopedik şəxsdir. Ensiklopedik bilik mənbəyidir. Alim olan şəxs demək olar ki, bir çox  sahələrdən məlumatlı olur.

Elm də səmavi dinlər kimi  bəşəriyyət üçündür. Yaranma məkanından və yaradıcıdan asılı olmayaraq, bütün dünya üçündür. Elmin xidmətləri müəyyən olunan fikirlərdən,  formalaşan düşüncələrdən ibarətdir. Fikirlərin təcrübədə tətbiqi yolları da elmlə müəyyən olunur.  Elm insan niyyətinin əsas hərəkətverici qüvvəsidir. Əsas hədəflərini yerinə yetirən dəyərdir. Elm universallaşdıran, məcmuələşdirən və bütün dəyərləri öz arxasınca aparandır.  

Elmi nəticələrin  sərhədləri yoxdur, o mənada ki, bu dəyər bütün xalqlar üçündür. Elmin əsas funksiyası elə bütün bəşəriyyətin fərq qoymadan sosial-rifah halını yaxşılaşdırmaqdan ibarətdir. İnsan öz istedad və qabiliyyətinin yüksək dərəcəsini  elmdə aşkar edir.  

Elmin əsas məqsədi dəyərlər verməkdən ibarət olmalıdır. Ola bilər ki, elm fayda da gətirməsin, əksinə zərər vursun. Məsələn, insanları tələf edən silah istehsalı elə elmin, məntiqin, düşüncələrin məhsuludur. Ancaq silah insanlar üçün heç də yaxşı və dəyərli vasitə deyil. İdealizm prinsiplərindən çıxış edərək belə qəbul etmək olar ki, silah faydasızdır. Reallıqılardan çıxış edərək isə qəbul etmək olar ki, silah, xüsusilə kütləvi qırğın silahları tarazılıq yaradır. Bir tərəfdən təhdidləri meydana gətirirsə, məsələn, böyük dövlətlərin kiçk dövlətlərə qarşı təhdidlərini, digər tərəfdən də  böyük dövlətlər arasında olan təhdidləri tarazlaşdırır. Deməli, elmin faydası və faydasızlığı bir-birini tarazlaşdıran millərdən və amillər üzərində formalaşan fikirlərdən ibarətdir. Ancaq belə qəbul etmək olar ki, elm bütün parametr göstəriciləri ilə bəşəriyyətə fayda verməlidir. Elmin xeyirxah missiyası olmalıdır. Əsasən təbiət elmlərinin əldə etdiyi nailiyyətlərdən ictimai elmlər düzgün istifadə etmək yönlərini göstərməlidir. Təbiət elmləri ictimai elmlər üçün, ictimai elmlər də təbiət elmləri üçün qarşılıqlı sifarişlər etməlidir. Hər bir sahə digərini tamamlamalıdır.

Elmin (elm sahəsinin və alimin) əxlaqı olmalıdır. Elmin əxlaqı elmdən “tərbiyəli” istifadəni əsas götürməlidir. Elmin əsas məğzi, yəni mahiyyəti, xidmət əsili onun xeyirxah məqsədlərindədir. Elm öz daxili aləmini, konseptual məzmununu öz daxilindəki zəngin tərkib elementlərindən qəbul edir.

Alim ictimai nəzarətin, ictimai müşahidələr sisteminin  əsas qüvvələrindən və tənqid subyektlərindən biridir.

Alimin bəşəriyyət üçün xidmətlərinin əsaslarını belə ümumiləşdirmək olar:

– alimin məsuliyyəti, vəzifəsi ilk növbədə bəşər və bəşəriyyət tərkibini həm ayrı-ayrılıqda, həm də vəhdətdə öyrənməkdən ibarətdir;

– alim bütün xidmətlərinin obeyktində insanı əsas götürməlidir, insanlığı təbliğ etməlidir;

– alim öz fikirini birləşdirici etməlidir və təfəkkürünü bütövləşdirməlidir;

– alim elmin məsuliyyətini öz xidmətləri və əməlləri ilə sübuta yetirməlidir. Elmin məsuliyyətini özü yaratmalıdır;

– alim ideyaverici, təşəbbüskar olmalıdır. Dünyada baş verən proseslərin axarını müşahidə altında saxlamalıdır;

– alim tənqidçi və lazımi anlarda inkaredici mövqedə  olmalıdır;

– alim öz obyektində bütün dünyaları və sivilizasiyaları, mədəniyyətləri vəhdətdə götürməlidir;

– alim öz düşüncələrində bütün xalqlar, dinlər və mədəniyyətlər arasında birliyi tərənnüm etməlidir;

-alim bəşəri inancı, bəşəri vicdanı öz əməllərində sübuta yetirməlidir;

– alim dünyalar arasında fikir birləşdiricisi və ümumiləşdiricisi rolunu oynamalıdır;

-alim xalqlar arasında sülhün və sabitliyin inkişafını başlıca hədəf seçməlidir;

– alim düny
a müharibələrinin qarşısını, dünya təhdidlərinin qarşısını ala biləcək fikirlərin təbliği ilə məşğul olmalıdır;

– alim öz ruhunu digər insanların ruhları ilə vəhdətdə görməlidir;

– alim öz əsərlərini, yaradıcılığını özündən başlayaraq başqalarını əhatə edən aspektdə müəyyən etməlidir;

– alim öz bəşəri vicdanı qarşısında daima özünə və kənarlara hesabat verməyi bacarmalıdır və s.