XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 00:22

YAP-dan növbədənkənar prezident seçkiləri xəbərinə reaksiya:"Bu, prezidentin səlahiyyətində olan məsələdir"

siyavus

Sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin nəticələrinin təsdiq olunmasından sonra Azərbaycanda bu ilin dekabr ayında prezident və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. 

Bununla bağlı danışan millət vəkili Fazil Mustafa isə referendumun nəticələri təsdiq olunandan sonra Azərbaycanda prezident seçkilərinin keçirilməsi ehtimalının böyük olduğunu vurğulayıb.

Strateq.az  Moderator.az-a istinadən xəbər verir ki,  məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov danışıb. 

Siyavuş Novruzov bildirib ki, referendumdan sonra bu səlahiyyətlər konstitusiya ilə Azərbaycan Respublikasının prezidentinə verilib: 

“Referendumun nəticələri təsdiq olunduqdan sonra bu səlahiyyət cənab prezidentindir. Əgər istəsə, növbədənkənar prezident seçkiləri çağıra bilər. İstəməsə, onsuz da cənab prezident xalq tərəfindən yekdilliklə seçilib və 2018-ci ilə qədər müddəti var. Proses 2018-ci ilə qədər davam edə bilər. Bu, prezidentin səlahiyyətində olan məsələdir və hesab edirəm ki, kiminsə buna müdaxilə etməsi, hansısa proqnoz verməsi  doğru deyil”.