XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 13:39

Nazarbayev də yatağa düşdü –Bakıya səfəri təxirə salındı

nazarbayev-88

Qazaxıstan prezidenti Nursultan Nazarbayev soyuqlamadan müalicə olunur. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, prezidentin rəsmi saytı Nazarbayevin xəstələnməsi və müalicə olunması barədə ilk dəfədir ki, məlumat yayır.

Nazarbayev bundan bir gün əvvəl Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Şövkət Mirziyayevlə telefonla danışıb və xarici səfirləri qəbul edib.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfərə getməlidir.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya planlaşdırılan səfəri də təxirə düşüb.

76 yaşlı Nazarbayev ölkəni 1989-cu ildən idarə edir.