XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 12:04

Pentaqonun baş analitiki Rusiyanı məhvetmə ssenarisindən danışdı:"Rusiyanı 10-20 günə darmadağın edərik”

pua

ABŞ Müdafiə Nazirliyinin baş analitiki Devid Cuberq Ukrayna nəşrinə müsahibəsində deyib ki, NATO Rusiyanı 20 günə darmadağın edər.

Strateq.az həmin nəşrə isnadən bildirir ki, onun fikrincə, münaqişə məsafəli şəkildə aviasiya və PUA vasitəsilə  baş verəcək, qələbədən sonra isə Şimali Atlantika alyansı Rusiyaya rəhbərliyi öz üzərinə götürəcək: “NATO ilə Rusiya arasında qarşıdurma 10-20 gündən çox çəkməyəcək. Alyansın hərbi büdcəsi Rusiyanın müdafiə xərclərini on dəfə üstələyir. Bu, tüfəngin lazerə qarşı müharibəsi olacaq. Moskva nüvə raketlərini işlətsə, onların, ən çoxu, yarısı uçacaq, qalanını isə kürəsəl raketdən müdafiə sistemi yaxalayacaq. Həqiqətən təhlükəli olan yeganə şey Avropa və ABŞ sahillərindəki nüvə raketli submarinalardır. Lakin bu halda da hesab edirik ki, bütün zərbələrin qabağını kəsə bilərik”.

Amerikalı yekun vurur: “NATO cavabı sıradakı olacaq: əvvəlcə radarların tuta bilmədiyi “Stealth” bombardmançıları bütün hərbi obyekt və zavodları məhv edəcək. Sonra elektromaqnit pilotsuzları impuls vasitəsilə Rusiyanın ən böyük şəhərlərində elektronikanın hamısını sıradan çıxaracaq. Bu vaxt Rusiyanın siyasi-hərbi rəhbərliyinin hamısı artıq ölkə hüdudlarından kənarda olacaq. Bundan sonra Rusiyanın istənilən hərbi əməliyyatı mümkünsüz olacaq. Rusiyanın 10-20 gün ərzində tam tərk silah ediləcəyi müddətdə heç kim NATO-nun bir əsgərini də görməyəcək. Bundan sonra Rusiyada demokratik hökumət seçilənədək ölkəyə rəhbərliyi öz üzərimizə götürəcəyik”.

Qeyd edək ki, Devid Cuberq mənşəcə rusdur.