XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 October 2016 - 14:34

Azərbaycanda “Şücaətə görə” medalı təsis olundu –FOTO

medal-yeni

Azərbaycanda Vətənin müdafiəsində şücaət və fədakarlıq göstərməklə fərqlənənlər üçün “Şücaətə görə” medalı təsis olunub.

Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununa dəyişiklik layihəsi müzakirə çıxarılıb.

Yeni medalın Əsasnaməsinə görə, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcəklər. 

Medalın üzərində “Azərbaycan uğrunda” sözləri həkk edilib.

Dəyişiklik layihəsi müzakirəyə çıxaralaraq qəbul edilib.

Report