XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 14:46

Azərbaycanda prezidentin fəaliyyətini təmin edən orqanlarla bağlı 3 maddəlik –Dəyişiklik

prezident-aparati

Azərbaycanda prezidentin fəaliyyətini təmin edən orqanların fəaliyyəti ilə bağlı dövlət qulluğunda yeni vəzifələr yaradılıb. 

Milli Məclisin iclasında "Dövlət qulluğu haqqında” qanunun 11.1-ci maddəsinə bununla bağlı əlavələr edilməsi müzakirə olunub.

Əlavəyə əsasən maddənin 1-ci hissəsində (İnzibati vəzifələrin ali təsnifatı) ali vəzifə təsnifatı siyahısına "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi” də daxil edilir.

Maddənin 2-ci hissəsində (inzibati vəzifələrin birinci təsnifatı) birinci dərəcəli vəzifə təsnifatı siyahısına da Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin və onların birinci müavinləri ilə yanaşı, "orqan rəhbərlərinin müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərləri” vəzifələri də əlavə olunur. 

Maddənin 3-cü hissəsində (inzibati vəzifələrin ikinci təsnifatı) ikinci dərəcəli vəzifə təsnifatı siyahısı isə dəyişdirilir. Belə ki, qüvvədə olan "Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin müavinlərinin vəzifələri” təsnifatında orqan rəhbərlərinin müavinləri vəzifələri ləğv edilərək, orqanların bölmə rəhbərləri daxil edilir.

 Layihə səsvermə ilə qəbul olunub.