XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2016 - 01:09

Mosul əməliyyatı başladı:ABŞ ordusu şəhərə top mərmisi və bomba yağdırır

mosul-city_315

Mosul şəhərinin şərqində yerləşən ABŞ ordusunun topçu birliklərinin İŞİD hədəflərini vurmağa başlayıb.

Strateq.az xəbər verir ki, bunu Anadolu Agentliyinə Başika cəbhəsindəki peşmərgə komandiri Ömər Hüseyn bildirib. Kürd komandir deyib:

"Başikada yerləşən ABŞ əsgərlər, bölgəyə gəldikdən sonra ilk dəfə İŞİD hədəflərini toplarla vurdu”.

ABŞ topçu birliklərinin bir müddət əvvəl Başikada düşərgə qurduğunu xatırladan Hüseynin fikrincə, onlar şəhər mərkəzinə yaxın hədəfləri vurmağa davam edəcəklər. Hüseyn, həmçinin, beynəlxalq koalisiya qüvvələrinə aid döyüş təyyarələrinin də bölgəni bombaladığını söyləyib.

Bildirldiyinə görə, top atışları başlayan kimi, İŞİD qüvvələri Mosulda rezin və şəhər ətrafında qazılan xəndəklərə doldurulmuş neft yandırıblar. Məqsəd səmada qara duman qatı yaratmaq, ABŞ təyyarələrinin görüş imkanı daraltmaqdır.

Qeyd edək ki, bir müddət əvvəl İraq hökuməti Mosul əməliyyatına başlacaqlarının anonsunu vermişdi. Mümkündür ki, ABŞ-ın top atışları və təyyarə hücumları həmin əməliyyatın start fiti olsun.

2014-ci ildən İŞİD-in əlinə keçən Mosulda işi çətinləşdirən əsas amillərdən biri hazırda 1.5 milyon əhalinin şəhərdə yaşamasıdır. Şəhərin bütün çıxış qapılarını bağlayan “xilafətçilər” sakinlərin Mosulu tərk etməsinin qarşısını alır, faktiki, onları öz girovuna və qalxanına çevirib.

Digər bir çətinlik Mosulla bağlı vahid bir strategiyanın olmamasıdır. Əməliyyatda işrirak edən hər qrupun öz hədəfi var: Türkiyə işğaldan azad olunan şəhərə yenidən sünni ərəb və kürdlərin, həmçinin türkmənlərin yerləşdirilməsini vacib sayır. İraq hakimiyyəti və İran Haşdi-Şabi birlikləri vasitəsilə Mosulu almaq, dolayısıyla o şəhəri şiələşdirmək istəyir. Kürdlər bu əraziləri öz əzəli torpaqları kimi görürlər. ABŞ gah kürdlərin, gah Bağdadın tərəfində dayanır.

Hədəflər fərqli olduğundan əməliyyata qoşulan  tərəflər arasında da ciddi parçalanma var. Bu zamana qədər rəsmi Bağdadın Mosul əməliyyatına başlaya bilməməsinin səbəbi Şimali İraq kürd muxtariyyətinin ona öz ərazilərindən istifadə etməsinə razılıq verməməsi idi. Türkiyənin əməliyyatda iştirakını isə kürd muxtariyyətindən başqa heç bir qüvvə-nə rəsmi Bağdad, nə də ABŞ istəyir. Yekun hədəflər baxımından Türkiyə də əslində kürd peşmərgələrinin şəhərə yiyələnməsinə isti baxmır, bunun qurulması planlaşdırılan Kürdüstan dövlətinin yaranmasına səbəb olacağından ehtiyatlanır. Baxmayaraq ki, şəhərin qurtarılması üçün peşmərgələri Başikada yetişdirən də elə onun özüdür. ABŞ-a qarşı isə bütün İraq əhalisində kəskin nifrət hökm sürür.

Mosulun zəngin təbii sərvətləri də bütün tərəflər arasında ciddi fikir ayrılığına səbəb olacaq həcmdədir. ABŞ enerji mütəxəssislərinin hesablamalarına görə, Şimali İraqda böyük neft yataqlarıyla yanaşı, həm də 3 trilyon kub metr həcmində qaz rezervləri mövcuddur. Odur ki, tərəflərin hər biri bu zəngin yataqların öz nəzarətində olmasını arzulayır.

Bütün bu fərqli maraqlar və hədəflər İŞİD-dən xilas olunduqdan sonra belə, Mosulda stabilliyin asanlıqla yaranmayacağından xəbər verir.

 

Heydər Oğuz

Strateq.az