XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2016 - 13:48

Azərbaycan Avrasiya İttifaqına qoşulacaq? –Prezident İlham Əliyevdən anons

avrasiya ittifaqı

"Biz prinsipcə hazırda olduğumuz şəraitdə özümüzü çox inamlı hiss edirik".

Bunu Rusiyanın “Sputnik” agentliyinə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. Onun sözlərinə görə, Azərbaycanın gələcəkdə Avrasiya İttifaqına üzvlük imkanlarını istisna etmək olmaz:

“Bu mövzu ilə bağlı söhbət çoxdan ekspert camiəsi və müxtəlif ölkələrin siyasi elitası arasında gedir. Biz prinsipcə hazırda olduğumuz şəraitdə özümüzü çox inamlı hiss edirik. Ona görə də tendensiyaların necə olacağına baxmalıyıq. Əlbəttə, əgər İttifaq cəlbedici olsa, oraya çoxları daxil olmağa çalışacaq.

Heç nəyi istisna etmək olmaz. Azərbaycan Avrasiya məkanındakı prosesləri maraqla izləyir. Bu gün bizim Avrasiya İttifaqı ölkələri ilə iqtisadi və siyasi əməkdaşlığımız kifayət qədər möhkəmdir. İnteqrasiya yolunu getmək üçün motivasiya lazımdır. O iqtisadi, sosial, siyasi və başqa cür də ola bilər. Biz hazırda bu istiqamətdə işləyirik”.