"Bütün Xəzəryanı dövlətlər zəngin karbohidrogen ehtiyatlarına malikdirlər. Xəzəryanı ölkələr öz enerjidaşıyıcılarını dünya bazarına çıxarmaq üçün İranın ərazisindən istifadə edə bilərlər".
Strateq.az AZERTAC-a istinadla xəbər verir ki, bu təklifi İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif oktyabrın 23-də Tehranda keçirilən “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nın hazırlanması üzrə xüsusi işçi qrupunun 47-ci iclasında irəli sürüb.
Nazir bildirib ki, Xəzəryanı dövlətlər hasil etdikləri enerji daşıyıcılarını İran ərazisindən Fars körfəzi və Omman dənizinə çatdıraraq, dünya bazarına çıxara bilərlər.