XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 16:21

Lavrov Avropadan zəmanət istədi –“Türk axını” layihəsi ilə bağlı

lavrov

"Rusiya öz təbii qazını zəruri zəmanət təmin olunacağı təqdirdə “Türk axını” qaz boru kəməri (Turkish Stream) ilə Avropaya çatdırmağa hazırdır".

Bu fikri Rusiyanın xarici işlər naziri Serqey Lavrov səsləndirib.

Türkiyə və Rusiya arasında layihə üzrə hökumətlərarası sazişin imzalandığını xatırladan S.Lavrov müqavilə çərçivəsində inşa ediləcək bir boru kəmərinin Yunanıstandan keçməklə Avropaya çatdırılmasının planlaşdırıldığını bildirib.

“Cənub axını” layihəsinin müvəffəqiyyətsiz olduğunu xatırladan nazir deyib: “Buna görə də Avropadan təkcə kağız üzərində, yəni rəsmi zəmanətlərin alınacağı təqdirdə “Türk axını” layihəsi üzrə bir boru kəmərinin Avropaya çatdırılması real ola bilər”.

Rusiyanın enerji nəhəngi “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller isə dünən Rusiya Prezidenti Vladimir Putin ilə görüşündən sonra deyib: “Son proseslər çərçivəsində “Türk axını” üzrə planlaşdırılan iki boru kəmərinin tikintisi işlərinin 2019-cu ilin sonunda tamamlanması nəzərdə tutulur”.

Xatırladaq ki, İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresi çərçivəsində oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə “Türk axını” qaz boru kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Sazişi Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və Rusiyanın energetika naziri Aleksandr Novak imzalayıb. “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

Azertac