XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2016 - 16:38

Azərbaycana gətirilən hər maşından nə qədər rüsum alınacaq? –Yeni qanun

saakasvili masin

Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımaları ilə bağlı əlavə rüsumların dərəcələri müəyyənləşdirilib. 

Bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə "Dövlət rüsumu haqqında" qanunun 24-cü (Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri) maddənin 7-ci bəndi dəyişdirilib.

Qeyd olunan bəndin yeni variantına görə, Beynəlxalq Nəqliyyat Forumunun "İcazə"lərinin ("Avropa Nəqliyyat Nazirlər Konfransı"nın jurnallarının) satışına görə:

– Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-4" ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 500 ABŞ dolları;

– Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-5" və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 300 ABŞ dolları;

– Yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 100 ABŞ dolları tələb olunacaq.

Bəndin hazırda qüvvədə olan variantı isə belədir:

"Avropa Nəqliyyat Nazirlər Konfransının" jurnallarının satışı-hər bir vahidə görə, 500 ABŞ dolları tələb olunur.

Layihə Milli Məclisin plenar iclasda səsə qoyularaq qəbul edilib.