XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2016 - 15:39

Rus mətbuatı Azərbaycan DTX-nin əməliyyatından yazdı:"3000 azərbaycanlı xaricdə dini təhsil alıb"

dtx-1

NG.ru, 01.11.2016

 

Azərbaycan Milli Məclisi son toplantısında ölkənin Cinayət Məcəlləsi (CM) və “Etiqad azadlığı haqda” qanununa dəyişikliklər edib. Dəyişikliklər ekstremizim və terrorçuluq fəaliyyətinə görə cəzaları xeyli sərtləşdirib. Edilmiş dəyişikliklərə əsasən, bu cür fəaliyyətlə məşğul olan qurumlar ləğv ediləcək.

Dini ekstremizmə qarşı xüsusi əməliyyat zamanı hüquqi rejimin tələblərini pozan, həmçinin dini radikalizmi maliyyələşdirən şəxslər beş il müddətinə azadlıqdan məhrum edilməklə cəzalandırılacaq. CM-ə bununla yanaşı başqalarını bu və ya digər dini cərəyanlara tapınmağa məcbur edən şəxslərin 7000-dən 9000 manata qədər (1 manat – 38 Rusiya rublu) cərimə olunacağı və yaxud iki ildən beş ilədək azadlıqdan məhrum ediləcəyini nəzərdə tutan düzəliş edilib. Həmçinin dini ədavət, dini radikalizm və dini fanatizm zəminində həyata keçirilmiş fəaliyyətə görə 14 ildən 29 ilə qədər azadlıqdan məhrum edilmək cəzasının tətbiqi nəzərdə tutulur.

Parlamentin İctimai birliklər və dini qurumlar üzrə komitəsinin sədri Siyavuş Novruzovun sözlərinə görə, bu dəyişikliklər din pərdəsi altında gizlənən radikal qruplaşmalara qoşulmaq üçün Azərbaycandan gedən şəxslər üçün də maneə olacaq.

Müəyyən edilib ki, 3000 azərbaycanlı müstəqillik illərində xaricdə dini təhsil alıb. Ölkədə 2166 məscid var, bunun 1600-ü daim fəaliyyətdədir. Xaricdə təhsil alanların 200 nəfəri bu məscidlərdə işləyir.

Bu arada müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə üzrə parlament komissiyasının üzvü Zahid Oruc uyğun qanunvericilik aktlarına dəyişikliklərin edilməsi haqda qərarın təcililiyinə aydınlıq gətirib. Onun sözlərinə görə, bu, fövqəladə vəziyyətdən – Bakınn Qaradağ rayonunun Ələt qəsəbəsində terrorçularla silahlı insidentdən doğub.

Azərbaycan respublikası Dövlət Təhlükəsizlik Xidmətinin internet portalı bununla bağlı xəbər verir ki, bu toqquşmalar “Qafqaz camaatı” adlı radikal qruplaşma ilə meydana çıxıb. Əməliyyatın gedişində iki terrorçu məhv edilib.

Terrorçuların saxlanması respublika ərazisində ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edən silahlı qruplara sədaqət andı içmiş və Azərbaycanda teraktlar hazırlayan silahlı qruplaşmanın yaradılması haqda Dövlət Təhlükəsizlik Xidmətinə məlumat daxil olduqdan sonra baş verib. Cinayətkarların saxlanması üçün respublikann müxtəlif rayonlarında kompleks əməliyyat tədbirləri keçirilib. Onlardan biri saxlanma zamanı müqavimət göstərərək ictimai yerdə F-1 qranatı partlatmağa cəhd edib, digəri isə dövlət təlükəsizliyi əməkdaşalrına “Steçkin” tapançasından atəş açıb. Hər iki terrorçu məhv edilib. Daha bir şübhəli saxlanılıb.

Bu işin təhqiqatının gedişində aydınlaşıb ki, şübhəlilər radikal dini qruplaşma təmsilçilərindən göstərişlər alıb və Azərbaycanda “Qafqaz camaatı” adlı terrorçu təşkilatın silahlı qanadını yaratmağa hazırlaşırmışlar. Bundan başqa, onlar silah və partladıcı maddələr əldə edib Azzərbaycan ərazisində terakt və silahlı hücumlar hazırlayırdılar.

Parlament komitəsinin üzvü Zahid Oruc bunu jurnalistlərə şərh edərkən deyib ki, ölkədə cəhalət və dini ekstremizimin təzahürünü mümkünsüz edən sərt çərçivələrin yaradılması zərurəti yetişib. Hər hansı dinə inanan insan hər şeydən əvvəl öz ölkəsinin vətəndaşıdır və dövlətçilik və ictimai-siyasi sabitliyin sarsıdılmasına deyil, hamı kimi onun müdafiəsinə kömək etməlidir. Onun sözlərinə görə, ölkədə terrorizmlə mübarizə üzrə müəyyən qabaqlayıcı iş aparılır. Xüsusən də xarici təhsil müəssisələrində təhsil alanların dini fəaliyyəti qadağan olunub, türk vaiz Fətulla Gülənin təhsil mərkəzləri bağlanıb. Amma bu yetərli deyil. Parlamentari hesab edir: bu gün vəzifə bundan ibarətdir ki, dini təşkilatların siyasi qüvvəyə çevrilməyinə, dini etiqadın hakimiyyət uğrunda mübarizədə istifadə edilməsinə imkan verilməsin.

 

Tərcümə Strateq.az-ındır.