XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

04 Noyabr 2016 - 17:13

AB səfirləri HDP-yə görə Ankarada toplandı –Gərginlik

ab

Avropa Birliyi (AB) ölkələrinin Türkiyədəki səfirləri bu gün HDP-li deputatların həbsindən narahat olduqlarını açıqlalyaraq, fövqəladə toplantı keçiriblər.

Strateq.az xəbər verir ki, toplantıda HDP rəhbərliyinə təşkil olunan əməliyyatlar müzakirə olunub.

Son məlumata görə, səfirlər ölkələrindəki türk səfirlərin Xarici İşlər Nazirliyinə dəvət edilərək, onlardan izahat istəniləcəyi ilə bağlı ortaq mövqeyə gəliblər.  

Qeyd edək ki, AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerini HDP-çi millət vəkillərinin həbsindən narahat olduğunu açıqlamışdı.

 “HDP həmsədri Səlahəddin Dəmirdaş və digər HDP-çi millət vəkillərinin həbsindən çox narahatam. Hazırda Ankara rəsmiləri ilə əlaqə saxlayıb gedişatı izləyirik, eyni zamanda Ankaradakı AB səfirləri ilə danışmışıq”, – diplomat qeyd edib.

Xatırladaq ki, aralarında HDP həmsədrləri Səlahəddin Dəmirdaş və Figen Yüksəkdağ da olmaqla, 12 millət vəkili həbs edilib. Onlar PKK terror təşkilatına yardım etməkdə təqsirli bilinir. Həbs olunanlardan biri – Ziya Pir sonradan sərbəst buraxılıb.