XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 10:47

Bakıya gələn erməni hüquq müdafiəçisi ilə görüş –Jurnalistlər buraxılmadı (FOTOLAR)

vahe-ermeni

Hazırda Bakıda olan dissident erməni yazıçısı Vahe Avetyanla hüquq müdafiəçilərinin , diplomatik korpusların və dövlət qurumlarının təmsilçilərinin "Hyatt regensy" otelində görüşü keçirilir. 

Görüşün təşkilatçısı Milli QHT Forumudur. 

Görüş keçirilən məkanda olan əməkdaşlarımızın sözlərinə görə, Avetyanla hüquq müdafiəçilərinin görüşünə yerli mətbuatdan yalnız "AzerTac"ın əmədaşlarının buraxıblar, digər media təmsilçilərini görüşə dəvətli olmadıqları üçün qapı arxasında saxlayıblar.

Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir. 

Qeyd edək ki, İsveçdə yaşayan erməni yazıçısı artıq iki gündür ölkəmizin paytaxtındadır. O, burada şəhəri gəzir, görüşlər keçirir, öz təəssüratlarını sosial şəbəkədəki izləyiciləri ilə bölüşür. 

Bundan başqa, Avetyan bu gün çoxdankı arzusunu həyata keçirərək, Xocalı abidəsinə əklil qoyub.

Musavat.com