XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Noyabr 2016 - 13:37

“Ermənistan KİV son 20 ildə Gebbels ənənəsi əsasında…” –Bakıda olan erməni

vahe-tedd

"Ermənistan KİV son 20 ildə Gebbels təşviqat-təbliğatının ən yaxşı ənənələri əsasında cəmiyyətin zombiləşdirilməsi ilə məşğul olub".

Bunu "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar" mövzusunda keçirilən konfransda ermənistanlı hüquq müdafiəçisi Vaan Martirosyan deyib.

"Ermənistan cəmiyyətində son 2-3 ildə belə tendensiya formalaşıb ki, müxalifətin müxtəlif mitinq və yığıncaqlarında, sosial şəbəkələrdə Qarabağın onlara ağrı-acı, qan və pislikdən başqa heç nə vermədiyini açıq şəkildə deyirlər. Əvvəllər belə deyildi. Çünki dediyim kimi, Ermənistan KİV-i cəmiyyətin zombiləşdirilməsi ilə məşğul olub", – deyə hüquq müdafiəçisi bildirib. 

Report