Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Caqinyan Bakıya gəlib.
Bu barədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni məlumat verib.
Qeyd edək ki, İrəvanda yaşayan S. Caqinyanın Bakıda keçirilən “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransda iştirakı nəzərdə tutulsa da, bu, baş tutmayıb.
S. Caqinyan sabah mətbuat konfransı keçirəcək.
APA