XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 05:21

ABŞ-dakı seçkilərdən ilk nəticələr:Tramp, yoxsa Klinton?

tramp-klinton-11

Məlum olduğu kimi, ABŞ-ın 45-ci prezidentini müəyyən etmək üçün keçirilən seçkilər başa çatır. Onlar prezidenti birbaşa seçki yox, Seçici Kollegiyası vasitəsilə seçirlər. Bu kollegiyada hər bir ştatın əhalisinin sayına uyğun səsləri var. Seçkini udmaq üçün Kollegiyadakı 538 seçici səsindən, ən azı, 270-ni toplamaq lazımdır…

 

 

… Azadliq Radiosunun Bakı vaxtı ilə saat 05:32-yə olan məlumatına görə, mərkəzi və şərqi ştatlardan bir-birinin ardınca nəticələr haqqında məlumatlar daxil olduqca, Hillari Klinton birinciliyi ələ keçirir. Ənənəvi olaraq demokratyönümlü şimal-şərqi ştatlar gözlənildiyi kimi Klintonun tərəfində olub.

Tramp İndiana, Kentaki və Oklahoma ştatlarında uğurlu olub, lakin qələbə üçün Florida, Şimali Karolayna və Ohayo kimi böyük ştatları da udması şərtdir. Bu ştatlar hər iki partiyanın diqqət mərkəzindədir.

***

ABŞ Demokratlar Partiyasından ölkə prezidentliyinə namizəd Hillari Klinton seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Floridada liderliyi ələ keçirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bülletenlərin hesablanmış 71 faizinin nəticəsinə görə H.Klinton 50,1 faiz, D.Tramp isə 47,2 faiz səs qazanıb. 

***

ABŞ Respublikaçılar Partiyasından ölkə prezidentliyinə namizəd Donald Tramp seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Florida ştatı üzrə rəqibi demokrat Hillari Klintonu qabaqlayır.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Florida üzrə bülletenlərin hesablanmış 2 faizinin nəticəsinə görə, Tramp 57,7 faiz, Klinton isə 28,3 faiz səs toplayıb.  

Qeyd edək ki, Floridada gərgin seçkiqabağı mübarizə aparılıb, keçirilmiş sorğularda üstünlük Klintonda olub.    

Xatırladaq ki, bundan əvvəlki prezident seçkilərində respublikaçı Corc Buş (kiçik) və demokrat Barak Obama (hərəsi iki dəfə) bu ştatda qələbə qazanıblar.    

Ştatın əhalisinin sayı 20 mln. nəfər təşkil edir.  

Qeyd edək ki, səsvermə başa çatmış Kentukki ştatı üzrə hesablanmış 2 min bülletenin nəticəsinə görə, Tramp 79 faiz, Klinton isə 18 faiz  toplayıb. 

İndiana ştatında isə bülletenlərin hesablanmış 1 faizinin nəticəsinə görə, Tramp 69,3 faiz, Klinton isə 27,5 faiz səs toplayıb.