XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 21:29

Ərdoğan Qərbə meydan oxudu:"Gec qaldınız ya, həmən qərarınızı verin!"

erdoan

Türkiyə prezidenti Ərdoğan bu gün "Milli Tarım projesi" çərçivəsində Qərb ölkələrinə, xalqa və terror təşkilatlarına yönəlik çox açıq mesajlar verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Avropa Birliyinin (AB) terror təşkilatlarını müdafə etmələrinə sərt təpki verib.

O, "AB əvvəl verdiyi sözləri tutsun. Terror təşkilatları Avropada meydan tapıb. Onlara hər cür dəstəyi verəcəksən, sonra da Türkiyə ilə müzakirələri dayandıracaqsız deyib, bizi təhdid edəcəksiz. Gec qaldınız ya, həmən qərarınızı verin. İl sonuna qədər səbr edək, ondan sonra millətə gedərək, bunlara da gərəkən cavabı verəcəyik", – deyə, bildirib.

Daha sonra PKK, İŞİD kimi terror təşkilatlarına rəsmən xəbərdarlıq edən Ərdoğan deyib ki, şəhidlərin heç birinin qanı yerdə qalmayacaq:

"Türkiyənin prezidenti və ali baş komandanı olaraq, bu mesajı verirəm: heç bir şəhidin qanını yerdə qoymadıq, qoymayacağıq. Türkiyəyə yönələn hər bir hücuma elə cavab verəcəyik ki, ağıllarından bir daha belə bir düşüncə keçməyəcək. Bu ölkənin əsgərini, polisini, məmurunu öldürənlərə, onlara yardım edənlərə dünyanı dar etməzsək, bizə yazıqlar olsun!".

Ərdoğanın digər maraqlı çıxış və mesajlarını bu videodan dinləyə bilərsiniz:

Strateq.az