XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 12:34

Zakir Qaralov təqdimat verdi,sosial şəbəkələrdə yalan xəbər yayanlar həbs olunacaq

zakir

Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər, məlumat yayanlar, təhqiramiz fikirlər, təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.

Deputat bildirib ki, artıq Baş prokuror Zakir Qaralovun imzası ilə Cinayət Məcəlləsinə yeni maddə-148-1 maddəsi əlavə edilməsi üçün qanun layihəsi Milli Məclisə daxil olub.

"Bundan sonra sosial şəbəkələrdə saxta profillər, adlar və ya hesablardan istifadə edərək böhtan atma və təhqirlərdən istifadəyə görə cinayət məsuliyyəti yaranacaq. Bu, Azərbaycanda bir yenilikdir. Artıq bundan sonra bu məsələlərə ciddi hüquqi qiymət veriləcək".

Modern.az