XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Noyabr 2016 - 21:18

Azərbaycanla Ermənistan arasında “qaynar xətt” yaradılsın –Sarkisyandan təklif

sarkisyan

Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında "qaynar xətt”in yaradılması təşəbbüsü ilə çıxış edib.

Sarkisyan RİA "Novosti" agentliyinə müsahibəsində bildirib ki, əgər bu alınsa, hadisələrə operativ reaksiya vermək mümkün olar. 

S.Sarkisyanın sözlərinə görə, ötən əsrin 90-cı illərin əvvəllərində belə praktika olub: "O zaman mən müdafiə naziri idim və Azərbaycanın müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olduqda, əlaqə qururduq. Amma bu gün belə bir əlaqə yoxdur”.

APA