XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 03:52

Keçmiş YAP-çı deputat qumarda 3 yüz min dollara yaxın pul uduzdu –SENSASİON VİDEOLAR

ferhad-qerib

Sabıq deputat və “kredit oliqarxı” Fərhad Qəribovla bağlı sensasion videogörüntülər yayılıb. 

Bu barədə məlumat və videoçarxı ilk olaraq haqqın.az saytı yayıb.

Videoda ötən həftə Fərhad Qəribovun məşhur bir azərbaycanlı ilə Tiflisdə kazinoda olduğu və 270 min dollar uduzduğu görüntüləri yer alıb. 

Xatırladaq ki, 5 övlad atası olan Fərhad Qəribov 1952-ci ildə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. 1974-cü ildən ta 2000-ci ilədək müxtəlif vəzifələrdə çalışıb, 2002-2004-cü illərdə «Debüt» Səhmdar Kommersiya Bankının məsləhətçi müşaviri işləyib. 2004–2005-ci illərdə «Azəri-Holdinq» maliyyə-sənaye qrupuna rəhbərlik edib. Bakıda və doğulduğu Kürdəmirdə çoxsaylı bznes obyektlərinin olduğu haqda indiyədək mətbuatda xeyli məlumatlar gedib.

Yeni Azərbaycan Partiyasının üzvü olan Fərhad Qəribov 2005-2010 və 2010 – 2015-ci illərdə deputat olub. 

Videogörüntüləri təqdim edirik: