XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

18 Noyabr 2016 - 14:51

Nazir müavininin istintaqa şok ifadəsi:"Hər ay mənə 30 min "paket" verilirdi"

elmir-velizade

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli əməkdaşlarının işi üzrə istintaq materialları bu nazirlikdə uzun illər hökm sürmüş dəhşətli korrupsiya və mənimsəmə mexanizmini üzə çıxarır.

Strateq.az virtualaz.org-a istinadən xəbər verir ki, orada qurulmuş sistemi əsasən nazirliyin tərkibindəki strukturlardan və müəssisələrdən aylıq gəlirlər, habelə xərclərin şişirdilməsi yolu ilə əldə olunan pullar ümumi "kassada”, yaxud oğru dünyasında olduğu kimi "obşak”da toplanırdı. Daha sonra oradan vəzifəsinə və mövqeyinə uyğun olaraq nazirliyin rəhbər işçilərinin hərəsinin öz payı ayrılırdı.

Məlum olur ki, nazir Əli Abbasovun aylıq "paketi” 200-300 min manat, nazir müavinlərinin "paketi” isə 30 min manat və daha çox olub.

İstintaq materiallarına əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Zeynalovun və digərlərinin işi üzrə hazırda da nazir müavini kimi işləyən Elmir Vəlizadə də şahid qismində dindirilib.

Vəlizadə Elmir Tofiq oğlu ifadəsində 26.12.2007-ci il tarixdən hazıra kimi rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində işlədiyini bildirib.

O, ayda 50 min manat "paket” aldığını etiraf edən digər nazir müavini İltimas Məmmədovla eyni məzmunlu ifadə verərək keçmiş nazir Əli Abbasov tərəfindən ona aylıq olaraq əvvəllər 3 min manat, sonradan 15 min manat, son dövrlərdə isə 30 min manat «paket» şəklində pulların verildiyini təsdiqləyib.

Elmir Vəlizadənin sözlərinə görə, o, həmin vəsaiti almaqdan imtina etmək istəsə də, nazir Əli Abbasov deyib ki, puldan imtina etmək olmaz. Çünki bu "ümumi qaydadır” və yığılan pullar nazirliyin rəhbər işçiləri arasında paylanır. Nəticədə E.Vəlizadə bu qayda ilə aylıq olaraq hər ay qeyd olunan məbləğdə "paket” aldığını təsdiq edib.