XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2016 - 02:14

Trampın mühüm dövlət postlarına daha üç namizədi məlum olub

s

Senator Ceff Seşns seçkiqabağı çıxış zamanı

© AP Foto, Ross D. Franklin

 

Русская служба “Голоса Америки” (ABŞ), 19.11.2016

 

ABŞ prezidenti seçilmiş Donald Tramp milli təhlükəsizlik sahəsi və hüquq-mühafizə qurumlarında açar postlara üç namizədi bəyənib, senator Ceff Seşnsi baş prokuror, general Mayk Filinni milli təhlükəsizlik üzrə müşavir və konqresmen Mayk Pompeonu MKİ direktoru vəzifəsinə seçib.  

Keçid komandasının adı çəkilməyən təmsilçisinin Reuters-in yaydığı sözlərinə görə, hər üç namizəd Trampın təklifini qəbul edib və təyinatlar haqda cümə günü rəsmən məlumat veriləcək.  

Seşnsin mühacirət məsələləri üzrə sərt xətti və arabir fitnəkar bəyanatları Trampın şəxsi baxışlarına yaxındır. Seşns silahlı qüvvələri veteranı, Silahlı qüvvələr üzrə Komitədə baş senator və strateji qüvvələr yarımkomitəsinin sədridir.  

Bununla bərabər, Konqresdə 20 illik iş təcrübəsi olan Seşns Senatda namizədliyi nəzərdən keçirilərkən müqavimətlə üzləşə bilər. Seşns 1986-cı ildə irqçi iradlarına görə 50 il ərzində federal hakimliyə təsdiqlənməkdən imtina edilmiş ikinci namizəd olub. Onun 1986-cı ildə afro-amerikalı prokuroru “oğlan” adlandırması bu sıradandır. Seşns bunu inkar edir.

Seşnsin sözlərinə görə, irqçi deyil. Lakin dinləmələrdə deyib ki, dərisi rəngli əhalinin inkişafına yardım Milli Assosiasiyası və Vətəndaş azadlıqları uğrunda Amerika İttifaqı kimi qrupları “antiamerika” saymaq lazım gəlir.

İstefadakı general-leytenant Mayk Flinn ABŞ Senatının təsdiqi tələb olunmayan milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə seçilib. İstefadakı üçulduzlu general və Trampın ən yaxın müşavirlərindən biri olan Flinn 2014-cü ildə Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsindən azad edilib. O, bu məcburi gedişi bununla izah edir ki, islam ekstremizmi ilə müharibə haqda sərt həqiqəti deyirmiş.

Flinnlə işləmiş digər vəzifəli şəxslər işdən çıxarılmağın səbəbi kimi onda idarəçilik vərdişlərinin olmaması və rəhbərlk üslubu haqda danışırlar.

Ordu kəşfiyyatının otuz illik stajlı veteranı Flinn prezident Obamanın dönəmində Milli Kəşfiyyat direktorunun köməkçisi olub. O, 2004-cü ilin iyulundan 2007-ci ilin iyuluna qədərki dövrdə Xüsusi Əməliyyatların Birləşmiş Komandanlığı üçün kəşfiyyat direktoru vəzifəsində qulluq edib.

Nümayəndələr Palatasında Kanzas ştatının təmsilçilərini artıq üçüncü müddətə təmsil edən 52 yaşlı Pompeo Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə gözlənilməz namizəd olub. O, Nümayəndələr Palatasının kəşfiyyat, energetika və ticarət üzrə komitələrinə, həmçinin 2012-ci ildə Liviyanın Benqazi şəhərində Amerika diplomatik obyektinə hücumun araşdırılması üzrə müvəqqəti komitəyə daxildir. Pompeo Trampın İranla nüvə sazişinin tənqidinə şərik çıxır. Konqresmen cümə axşamı Tvitterdə yazıb: “Dünyada terrorizmin ən böyük sponsoru ilə bu dəhşətli sazişin ləğvini səbirsizliklə gözləyirəm”.

Pompeonun rəsmi tərcümeyi-halına görə, o, Vest-Poynt akademiyasında öz sinfində ən yaxşı məzun olub və Avropada xidmət erdib.

Hüquqşünaslıq dərgisinin redaktoru olduğu Harvadr universitetinin məktəbini bitirib, sonra kommersiya və hərbi təyyarələr üçün hissələr tədarük edən aerokosmik şirkət qurub.

 

Tərcümə Strateq.az-ındır.