XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2016 - 15:28

Sabiq nazirdən ayda 200-300 min xərcləməsi iddiasına reaksiya:"Belə ifadəm olmayıb"

eli-abbas-nazir

Sabiq Rabitə və yüksək texnlologiyalar naziri Əli Abbasov aylıq şəxsi xərclərinə 200-300 min manat xərcləməsi ilə bağlı yayılan informasiyaya münasibə bildirib.

Strateq.az unikal.org-a istinadən xəbər verir ki, Əli Abbasov sayta açıqlamasında ümumiyyətlə, belə bir ifadə vermədiyini deyib.

Onun sözlərinə görə, hazırda həbsdə olan nazirliyin vəzifəli şəxslərin ilkin istintaq zaması verdikləri ifadələrə əsasən belə məlumatlar yayılır:

"Bunların heç birinin əsası yoxdur. Mənim elə bir ifadəm olmayıb.

Qeyd olunan xərclərə gəldikdə isə deyə bilərəm ki, nazirlik mütəmadi olaraq, ölkəmizdə informasiya texnologiyalarının inkişafı məqsədiylə bir sıra tədbirlər həyata keçirib. Bu məqsədlə gənc mühəndis və mütəxəssislərin hazırlanması, onların daxildə, xaricdə universitetlərdə və kurslarda təhsil və hazırlıq proqramlarının keçirməsi, müxtəlif seminar konfransların təşkili üçün sponsorluq fəaliyyəti həyata keçirib.

Qeyd olunan vəsaitlər də bu istiqamətə xərclənib. Həmçinin, mənim tövsiyələrimə görə, kiçik provayderlərin, İT mərkəzlərinin, Start-UP şirkətlərinin texniki təminatının gücləndirilməsinə yönəldilib. Ancaq bu vəsəaitlər necə xərclənib, o barədə dəqiq bir söz deyə bilmərəm".

Xatırladaq ki, ötən həftə sabiq nazirin istintaqa verdiyi ifadə yayılmışdı. Həmin ifadədə onun "Hər ay 200-300 min şəxsi işlərimə xərclənirdi" sözü də vardı…