"Qərb ölkələrinin sanksiyalarına cavab olaraq tətbiq etdiyimiz ərzaq embarqosu mümkün qədər uzadılacaq".
Bunu Rusiya lideri Vladimir Putin deyib. Kreml lideri bildirib ki, Rusiya uzun müddət bəzi ölkələrdən ərzaq məhsullarını almayacaq:
“Bu embarqo daxili bazarımızın qorunmasına hesablanıb. Əlbəttə ki, yerli istehsalçılar bu durumdan razıdır və uzun müddət davam etməsini istəyir”.
Qeyd edək ki, Ukrayna böhranından sonra Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq rəsmi Moskva bəzi ölkələrdən ərzaq idxalını dayandırıb.