XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 15:01

DİN-dən əməliyyat: odlu silah-sursat, partlayıcı maddə ələ keçirildi –Saxlanılanlar var (FOTOLAR)

din

Qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların aşkar edilməsi məqsədilə Gəncə şəhərində əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Bu barədə Strateq.az-a Daxili İşlər Nazirliyiindən məlumat verilib.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri xüsusi tədbirlər nəticəsində Gəncə şəhər sakinləri Elbrus Ələkbərovun yaşadığı evə baxış zamanı 1 ədəd "ZORAKI-914” markalı tapança, 2 ədəd qumbara və 4 ədəd patron, Orxan Fətullayevin evinə baxış zamanı 1 ədəd nömrəsi silinmiş "Brauninq” markalı tapança, 2 ədəd qumbara və 1 ədəd patron, əvvəllər məhkum olunmuş Məhəmməd Hüseynovun evinə baxış zamanı 3 ədəd qumbara, 2 ədəd alışqan və 12 ədəd patron, əvvəllər qanunsuz radikal silahlı dini birliklərdə iştirak etdiyi üçün məhkum olunmuş Vüsal İsayevin evinə baxış zamanı 2 ədəd qumbara, Zaur Hüseynovun evinə baxış zamanı 1 ədəd "AKS-74” markalı silah və 80 ədəd patron, qardaşı Eminin evinə baxış zamanı isə 3 ədəd qumbara və 37 ədəd patron aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

gencede evveller radikal silahli dini birliklerde istiraka gore hebsde olmus sexsin evinde qumbaralar askarlanib yenilenib

gencede evveller radikal silahli dini birliklerde istiraka gore hebsde olmus sexsin evinde qumbaralar askarlanib yenilenib

gencede evveller radikal silahli dini birliklerde istiraka gore hebsde olmus sexsin evinde qumbaralar askarlanib yenilenib