XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 09:50

Əfsanəvi inqilabçı Fidel Kastrodünyasını dəyişdi

fidel

Kubanın məşhur inqilabçı lideri Fidel Kastro vəfat edib.

Bu barədə informasiyanı Kuba dövlət televiziyası yayıb.

Qeyd edək ki, F.Kastro 1959-cu ildə ölkədə baş verən inqilabın rəhbəri olub. 47 illik hakimiyyəti dövründə özünün dediyinə görə, onu devirmək üçün 600 dəfə cəhd göstərilib.

Kastro Mərkəzi Kəşfiyyat İdarəsinin sui-qəsd planlarından ehtiyat edərək şəxsi həyatı barədə bütün məlumatları məxfi saxlamaq əmri verib. Ancaq MKİ-nin hazırladığı məxfi hesabatda deyilirdi ki, Kastro sağalmaz Parkinson xəstəliyinə tutulub və yaxın dörd ildə öləcək.

Diktatorun şəxsi həkimi isə onun 140 il yaşaya biləcəyini deyirdi. 2008-ci ildə hakimiyyətdən uzaqlaşan Fidel Kastronun səlahiyyətlərini qardaşı Raul Kastro icra edib.