XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2016 - 17:23

“Türkiyə anlaşmanı pozmayacaq, onların da bizə ehtiyacları var” –Yunker

yunker

Avropa Birliyi (AB) Komissiyasının sədri Jan-Klod Yunker Türkiyə ilə gərginləşən münasibətləri şərh edib.

Siyasətçi Türkiyənin birliyə ehtiyacı olduğunu deyib:

“Bizim onlara olduğu qədər Türkiyənin də AB-yə ehtiyacı var. Türkiyə geri qəbul anlaşmasını pozmayacaq. Ərdoğan Türkiyə vətəndaşlarının vizasız Avropaya səyahət edə bilməmələrinə görə bizi günahlandırmamalıdır. Türkiyə geri qəbul anlaşmasında Brüsselin tələb etdiyi 72 şərti yerinə yetirməsə, bunun məsuliyyəti bizim üzərimizdə deyil”.

Ərdoğana “güvəndiyini” deyən Yunker Türkiyə sərhədlərinin kriminal qruplaşmalar və insan alverçilərinin əlinə keçməyəcəyinə inandığını əlavə edib.

Axar.az