XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2016 - 17:37

Komitə sədrindən sensasiyalı açıqlama:"Suriyada ərləri ölmüş azərbaycanlı qadınlar qalıb”

trend_mubariz_qurbanoglu_141111

Son il yarım ərzində Azərbaycandan silahlı dəstələrə qoşulanlar barədə məlumat yoxdur. Suriyada yalnız ərləri ölmüş azərbaycanlı qadınlar qalıb”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O xatırladıb ki, Suriyada hazırda şiddətli müharibə gedir: “Orada hamı bir-birinə qarşı vuruşur. Yəni, orada din yoxdur, sadəcə geopolitik müharibə gedir. Bir faktı da qeyd edim ki, son 25 ildə 2,5 milyon insan məhz müharibədə həlak olub”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda dinə qarşı mübarizədən söhbət gedə bilməz: “Əgər kimsə din adı altında ölkədə qarşıdurma yaratmaq istəsə və din adı altında dini təhrif edərsə, buna qarşı mübarizə aparılır və gələcəkdə də aparılacaq”.

Report