XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2016 - 21:41

Rus lider Ərdoğana niyə təşəkkür etdi? –Putinlə Yıldırm arasında qapalı görüş

putin-yildirim

"Ərdoğan “Türk axını” sazişinin ratifikasiyasını nəzərdə tutan qanunu imzaladığı üçün ona minnətdarıq".

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Türkiyə Baş naziri Binəli Yıldırımla görüşü zamanı deyib.

“Türk axını” Rusiya və Türkiyə arasında həyata keçirilən ən böyük layihədir. Bundan əlavə, biz bir çox layihələrə imza atırıq. Rusiya Baş naziri Dmitri Medvedyevlə görüşlər keçirdiyinizi bilirəm. Bütün sahələrdə rus-türk əməkdaşlığının başlanmasında böyük məmnuniyyət hissi keçirirəm.

Hesab edirəm ki, sizin səfəriniz Türkiyə prezidenti ilə görüşümüz və sammitin yüksək səviyyədə keçirilməsi üçün əsas yaradacaq”, – deyə, Rusiya prezidentii bildirib.

Məlumata görə, bu açıqlamadan sonra Türkiyə Baş naziri Binəli Yıldırımla Rusiya lideri Vladimir Putin arasında qapalı görüş keçirilib.

Axar.az