XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

23 Mart 2015 - 07:34

Sarkisyan boynuna aldı: “Azərbaycanlılar bizdən ləyaqətlidirlər”

“Bəzi türklər və azərbaycanlılar bəzi ermənilərdən daha ləyaqətlidirlər”.

Strateq.az Report.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda keçirilən mediaforum zamanı iştirakçıların suallarını cavablandırarkən bildirib.

“Bizim çətin tarixi dönəmlərimizdə çox hallar olub ki, bəzi türklər və azərbaycanlılar özlərini bəzi ermənilərdən daha ləyaqətli aparıblar. Tarixdə belə faktlar çoxdur. Bu çox mühüm amildir”.

Qeyd edək ki, 18-23 mart tarixlərində keçirilən mediaforumun əsas mövzusu qondarma erməni soyqırımıdır.

Söhbət zamanı Ermənistan-Türkiyə protokollarına toxunan Serj Sarkisyan, onların parlamentdən geri götürülməsinin hələ son olmadığını bildirib: “Mən protokolları parlamentdən geri götürmək qərarına gəldim. Lakin bu o demək deyil ki, biz Türkiyə ilə mümkün barışıqdan imtina edirik”.

O bildirib ki, protokollar əsasən Azərbaycan amili səbəbindən təsdiq edilməyib: “Mən əminəm ki, Azərbaycan amili olmasaydı, protokollar artıq çoxdan imzalanmışdı”.