XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 02:50

İşdən çıxarılan bank rəhbəriylə bağlı məlumatlar:"Maliyyə nazirinin yaxın adamıdır, məşhur "Sığorta Mamed"in oğludur..."

elmar-bank-1

Bu gün gözlənilmədən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək ölkə gündəminə çevrilən, daha sonra isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dindirildiyi və sərbəst buraxıldığı xəbəri yayılan Elmar Məmmədovun kimliyi cəmiyyətdə böyük maraq doğurur.

Qafqazinfonun onunla bağlı yaydığı məlumatda deyilir ki, Azərbaycanın bank sektorunda məşhur sima kimi tanınmamağına baxmayaraq, bu adam son bir neçə ildə ildırım sürətilə irəliləyib və dövlətin pul siyasətinin həyata keçirildiyi əsas bankın rəhbəri vəzifəsinə gətirilib.

Əslində isə Elmar Məmmədov sıradan biri deyil. Belə ki, eks-sədr “Azərsığorta” Dövlət Şirkətinin rəhbəri, Azərbaycanda “Sığorta Mamed” kimi tanınan Məmməd Məmmədovun oğludur.

Elmar Məmmədovun qardaşı, vaxtilə Hacı Məmmədovun bandası tərəfindən oğurlanan Əhməd Məmmədov isə “AzərTürkBank”ın VİP filialının müdiridir…

ABB-nin bu gün işdən çıxarılan İdarə Heyətinin sədri həm də Maliyyə naziri Samir Şərifovun yaxın adamı kimi tanınır.

Məmmədov Elmar Məmməd oğlu 9 oktyabr 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə və kredit", 1994-cü ildə isə Bakı Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, Bankın Səbail filialının müdiri olub. O, bir müddət “Kapital Bank” ASC İdarə Heyətinin sədri vəzifəsində də çalışıb. Ailəlidir, bir övladı var.

Qeyd edək ki, “Qafqazinfo”nun daha öncə yaydığı məlumata əsasən, Beynəlxalq Bankın sədrinin “qara bazar” olayına birbaşa rəhbərlik etməsi ilə bağlı ciddi məlumatlar var. Bu hadisənin üstü açılandan sonra isə ən üst səviyyədə E. Məmmədovun cəzalandırılması ilə bağlı göstəriş verildiyi bildirilir.

Qafqazinfo