XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 18:38

Azərbaycanda Strateji Yol Xəritəsinin icrasına 27 milyard xərclənəcək –Sənəd

manat

“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş bütün sektorlar üzrə strateji hədəflərə nail olmaq üçün 27 milyard manat məbləğində investisiyanın tələb olunacağı proqnozlaşdırılır. 

Bu barədə adı çəkilən sənəddə bildirilir.

Strateji Yol Xəritəsinə əsasən, bu vəsait dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcək.

Söhbət dövlət büdcəsindən, büdcədənkənar fondlardan, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən, yerli büdcələrdən, mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitlərindən, birbaşa xarici investisiyalardan, ölkənin bank sisteminin kreditlərindən və qrantlarından, beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditlərindən, texniki və maliyyə yardımlarından, qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən gedir.

Maliyyə vəsaitlərinin müəyyən edilmiş strateji hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaq.

Tələb olunan maliyyə vəsaitlərinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək.

Report.az