XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Dekabr 2016 - 19:50

Vyana razılaşması: Azərbaycan və OPEK-ə üzv olmayan ölkələr hasilatı bu qədər azaldır –SİYAHI

neft-qaz-1

Neft istehsal edən ölkələrin Vyana görüşündə Azərbaycan neft hasilatını gündəlik 35 min barrel azaltmağa razı olub.

Strateq.az xəbər verir ki, OPEK üzvü olmayan neft istehsal edən ölkələr gündəlik hasilatı ümumən 612 min barrel azaltmaq barədə vahid rəyə gəlib. 

Beləliklə, Rusiya 300 min barrel, Meksika 100 min, Qazaxıstan 50 min, Oman 45 min, Azərbaycan və Malayziya 35 min, Bəhreyn və Ekvatorial Qvineya 12 min, Cənubi Sudan 8 min, Bruney 7 min, Sudan və Boliviyanın hər isə 4 min barel hasilatı azaldacaq.

Xatırladaq ki, Vyana görüşündə Azərbaycanın energetika naziri Natiq Əliyev də iştirak edir.

Bundan əvvəl OPEK üzvü olan ölkələr hasilatım azldılması barədə razılaşıb.

M.Rzasoy