XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2016 - 04:47

İstanbul terrorunda yaralı sayı 70-ə çatdı –10-dan yuxarı şəxsin öldüyü xəbəri yayılıb (VİDEO/FOTO)

istanbul-1

İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində yaralananların sayı 70-ə nəfərə çatıb.

 APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Qeyd edək ki,  Türkiyə DİN rəhbəri Süleyman Soylu İstanbulda iki partlayışın törədildiyini təsdiqləyib: “Partlayışlardan birinin kamikadze tərəfindən törədildiyi ehtimal olunur”.

“Məlumatımıza görə, iki partlayış törədilib. Onlardan biri  kamikadze tərəfindən törədilə bilər. İkinci partlayışda minalanmış avtomobildən istifadə edilib, çünki bu daha güclü olub. Həlak olanlarla bağlı bir qədər sonra açıqlama veriləcək”, – deyə Süleyman Soylu bildirib.

“Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin, "Röyters" isə 13 nəfərin  öldüyünü iddia edir. Rəsmi qurumlar bu xəbəri  təsdiqləmir.

***

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbuldakı terror aktlarının məqsədinin xeyli sayda insanın məhv edilməsinin olduğunu bildirib.

APA-nın xəbərinə görə, bunu Ərdoğan İstanbulda törədilən partlayışlarla əlaqədar bəyanatında bildrib.

“Bu gecə biz növbəti dəfə terrorun alçaq üzünü gördük. Aydındır ki, “Beşiktaş”-“Bursaspor” matçından dərhal sonra törədilən terror aktının məqsədi  xeyli sayda insanı  məhv etmək olub. Təəssüflər olsun ki, ölən və yaralananlar var”, – deyə bəyanatda bildirilir.

***

Türkiyənin Səhiyyə Nazirliyi İstanbulda baş vermiş partlayışlar zamanı ölən və yaralananlarla bağlı rəsmi məlumatı açıqlayıb. Məlumata görə, baş vermiş terror aktı zamanı 15 nəfər həlak olub, 69 nəfər yaralanıb…

 

 

https://youtu.be/leOCTIkLNak

https://youtu.be/9QDQPQPkcvs

https://youtu.be/pYZ9pAt3Mus

istanbul-2

istanbul-3

istanbul-4