XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Dekabr 2016 - 11:05

Mixail Qorbaçov:“Keçmiş SSRİ ərazisində yeni ittifaqın yaradılması istisna deyil” (VİDEO)

qorbacov

“Keçmiş SSRİ ərazisində yeni ittifaqın yaradılması istisna deyil”.

Bunu TASS-a müsahibəsində SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov deyib. Onun fikrincə, yeni ittifaqın yaranması ehtimalı var: “Sovet  İttifaqına yox! Yeni İttifaqa hə! Eyni sərhədlər daxilində və eyni tərkibdə, amma könülü şəklidə ittifaq yaranması mümkündür”.

Qeyd edək, 8 dekabr 1991-ci ildə Rusiya, Belarus və Ukraynanın liderləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç SSRİ-nin fəaliyyətinin dayandırılmasına dair sənəd imzalayıblar. Onlar Müstəqil Dövlətlər Birliyinin yaradıldığını elan ediblər. 25 dekabr 1991-ci ildə isə Mixail Qorbaçyov SSRİ prezidenti vəzifəsindən istefa verib.

APA