XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 16:34

Benyamin Netanyahu:“İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər mövcuddur”

netanyahu-2

“İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər və uzunmüddətli dostluq mövcuddur”.

APA-nın “Jerusalim Post”a istinadən verdiyi məlumata görə, bunu İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

O, Azərbaycana ikinci dəfə səfər etməkdən məmnun olduğunu bildirib: “Sizin qoruduğunuz inklüzivlik və tolerantlıq ənənəsi sayəsində yəhudi milləti burada özünün çox rahat hiss edir. Eyni zamanda İsraildə də Azərbaycandan olan yəhudilər yaşayır və onlar iki dövlət arasında körpü rolunu oynayır”.

Baş nazir Azərbaycan prezidenti ilə geniş spektrdə – enerji, ticarət, texnologiya və digər sahələrdə əlaqələrin inkişafını müzakirə etməyi səbirsizliklə gözlədiyini qeyd edib.