XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2016 - 20:34

Hələblə bağlı atəşkəs pozuldu –Türkiyə Əsədi və İranı ittiham edir, Əsəd isə...

suriya

Türkiyə, Rusiya və Əsəd rejiminin razılığı ilə iki gün əvvəl Hələblə bağlı razılaşdırılmış atəşkəs pozulub.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Əsəd ordusu bütün hərbi arsenalını işə salaraq Hələbi fasiləsiz atəşə tutub: "Əsəd ordusu razılaşmanı pozaraq, havadan və qurudan şəhərin müxaliflər və sivillər yerləşmiş ərazisini dayanmadan bombalayır. Şəhərdə xeyli ölən və yaralanlaların olduğu bildirirlir".

Əsəd isə Rusiya mətbuatına müsahibəsində deyib ki, onun ordusu ancaq terrorçuları vurur: "Mülki əhalini biz yox, terrorçular öldürürlər. Qərb isə əsassız olaraq bizi ittiham edir".

Dünya mediası isə vəziyyətin Əsədin dediyi kimi olmadığını iddia edib. Bildirilir ki, Əsəd ordusu müxalif döyüşçü və mülkü əhalinin şəhərdən çıxarılmasına imkan verməyiblər.

Xatırladaq ki, iki gün əvvəlki razılaşmaya görə, Hələbdəki müxalif döyüşçülər və mülkü əhali açılacaq dəhlizlə İdlib şəhərinə çəkiləcəkdir.

Ancaq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamasına görə, İran dəstəkli şiə qüvvələri və Əsəd ordusu atəşkəsin pozulmasında əsas rol oynayaraq, razılaşmanı pozublar.

Az əvvəl Türkiyəli nazir bununla bağlı Rusiyalı həmkarı Lavrovla durumu müzakirə etsələr də, atəşkəsi dayandırmaq mümkün olmayıb.

F.ƏHMƏD