XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 13:13

10 nəfər neftçinin həyatına son qoyan qəzadan yeni görüntü –VİDEO

butka-neft

Faciə baş verən estakadanın yeni görüntüləri ortaya çıxıb.

Strateq.az bakuws-a istinadən xəbər verir ki, dalğıclar estakadının suya düşdüyü hissədə axtarışlar aparıb və "budka"nı tapıb.

Ancaq "budka"nın içərisində bir nəfər də olsun neftçinin meyiti tapılmayıb. Güclü küləyin neftçilərin meyitlərinin dənizin içərilərinə apardığı ehtimal edilir. Axtarış işləri davam edir.

Xatırladaq ki, ötən gün Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Nəticədə 10 nəfər itkin düşüb…

Faciə baş verən estakadanın görüntüsünü təqdim edirik: